Yasamal rayon MKS-ində Müstəqillik Günü qeyd edildi...

Belə ki,​  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında və kitabxana  filiallarında 28 May Müstəqillik Günü münasibətilə tədbirlər keçirildi. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəbin yuxarı sinif şagirdləri ilə “Şərqdə ilk demokratik respublika adlı tədbir keçirdi.                                                                                                              

Azərbaycanın Dövlət himni səsləndikdən sonra məktəbin təlim-tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarını MüstəqillikGünü münasibəti ilə təbrik etdi. Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova, baş kitabxanaçı Gülnarə Cəlilova, məktəb kitabxanasının müdiri Səbinə Abbasova bu mühüm tarixi hadisənin şagirdlər tərəfindən hərtərəfli öyrənildiyini, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gün olduğunu vurğuladı.

Ə.Vahid adına 1№-li kitabxana filialı 225 №-li tam orta məktəbin 8-ci sinfində “28 May Müstəqillik Günüdür”adlı tədbir keçirdi.

Vurğulandı ki, Müstəqillik Gününü xalqımız böyük sevinc və iftixar hissi ilə bayram edir. Üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada, Ağdamda, Laçında, Zəngilanda dalğalanır.

Keçirilən tədbirlərdə A.İ.Məmmədov adına 38 №-li tam orta məktəbin 9-cu sinif şagirdləri Əhəd Salamzadə, Rəna Nəbili, Nurtac Əliyeva, Xatun Babayeva, Tural Abbasov, Ülvi Cəfərzadə Azərbaycanın müstəqilliyinə həsr olunmuş şeirlər söylədilər.

A.Şaiq adına 2 nömrəli kitabxana filialının əməkdaşı Dəniz Vətəni  Müstəqillik Gününün 106 illiyinə  həsr edilmiş videoçarx hazırladı. 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN