Süni intellekt qalibi seçdi — “Bakcell” abunəçisi möhtəşəm avtomobil qazandı

“Bakcell” MMC-nin süni intellekt əsaslı lotereyasında həyəcan pikdədir! Tezadlar.az xəbər verir ki, artıq 2-ci “Zeekr 001” avtomobili udulub. Süni intellektin seçimi ilə qalib adını qazanan abunəçi bu gün öz möhtəşəm avtomobilini təhvil alıb. Lotereyada bu sadəcə başlanğıcdır! Növbəti həftələrdə digər 11 “Zeekr 001” avtomobilinin qalibləri məlum olacaq. Qalib olmaq üçün “Şans” paketlərini əldə etmək və şirkətin […]

Rusiya ordusu Xarkov və Dnepropetrovskda irəlilədi

Rusiya ordusu Xarkov və Dnepropetrovsk vilayətlərində üç kəndi Tixoye, Pesçanoye və Privolyeni nəzarətə götürüb. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

1 milyon dollar qazandı, pulu bal ayına xərclədi

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Şeril Bax lotereyada qazandığı pulu uzun müddətdir arzuladığı bal ayına sərf edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, Bax lotereya biletini ərzaq mağazasında alıb və udacağına dair heç bir ümidi olmayıb. Ancaq həmin bilet ona 1 milyon dollar qazandırıb. O, uduş xəbərini ərinə də çatdırıb. Onlara iki seçim təklif olunub: 20 […]

Heyvan zərər vurarsa, məsuliyyəti sahibi daşıyı

Heyvan başqasına zərər vurarsa, sahibi ödəməlidir? Tezadlar.az xəbər verir ki, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur: “Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir”.

6 bürcü maliyyə artımı gözləyir

Kainatın enerji axınları altı bürcün maliyyə həyatlarında əhəmiyyətli dəyişikliklər gözləyə biləcəyi bir dövrü formalaşdırır. Tezadlar.az bildirir ki, sentyabrın sonundan etibarən gəlir, müqavilələr və karyera imkanlarında əhəmiyyətli dəyişikliklər gətirəcək güclü enerji dəyişikliyinin təsiri altındayıq. Peşəkar astroloqların fikrincə, bu dövrün enerjisi xüsusilə “partlayıcıdır”, çünki Mars Dolça bürcündə Plutonla gərgin bir aspekt təşkil edir. Astroloqlar onu da qeyd edirlər […]

Erməni separatçı liderlərinin məhkəməsi davam edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Kipr futbolunda şok: keçmiş klub prezidenti güllələnib

Limassolda keçmiş klub prezidenti Stavros Demostenous güllələnərək qətlə yetirilib. Tezadlar.az xəbər verir ki, Kipr futbolunun və işgüzar dairələrinin tanınmış simalarından biri, Limassolun keçmiş klub prezidenti və lüks avtomobil satıcısı Stavros Demostenous cümə günü səhər saatlarında silahlı hücum nəticəsində öldürülüb. 49 yaşlı Demostenousa motosiklet sürən silahlı şəxs Limassol şossesində Rolls-Royce Wraith markalı avtomobilinin içində olarkən atəş […]

Əli Həsənov danışdı: “O obyektlərin heç birinin mənə aidiyyəti yoxdur…”

İki gündür ölkə mediası Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd cinayəti ilə bağlı araşdırmaların ardınca, Əli Həsınovun çoxsaylı obyektlərinin siyahısının tirajlanması ilə məşğuldur. Ən maraqlısı budur ki, bu mövzuda daha çox diqqəti çəkən o media orqanlarıdır ki, vaxtilə Ramiz Mehdiyevin xeyir- duası və Əli Həsənovun siyahısı ilə Əməkdar jurnalistləri mənzillərə,  pullu layihələrə və digər statuslara sahibləniblər. […]

Aynur Dadaşova: “Qızımın ailə qurmasına qarışmaram”

Müğənni Aynur Dadaşovanın evində xeyir iş olacaq. Tezadlar.az xəbər verir ki, sənətçi dünyasını dəyişən bacısının qızına toy edəcək. Bu haqda Aynur “Öz aramızda” proqramında danışıb. O bildirib ki, nişan gələn ilin aprelində planlaşdırılır: “O mənim böyük qızımdır. Ailələrimiz bir-birini tanıyıb, bəyənib. Gözəl, alicənab insanlardır. Onun ailə qurmasına qarışmaram. Hansı zəmanədə yaşayırıq? Gənclər özləri bir-birini bəyənib, […]

Moruq damarları qoruyur və iltihabı azaldır

Moruq damarları qorumağa və orqanizmdəki iltihabı azaltmağa kömək edir. Tezadlar.az xəbər verir ki, bu barədə “Nutrients” jurnalında dərc olunub. Moruğun tərkibindəki aktiv maddələr, xüsusilə antosianlar və polifenollar, iltihabla əlaqəli genlərin fəaliyyətini zəiflədir. Onların arasında IL-6, IL-1β, TNF-α və NF-κB genləri də var. Bu maddələr hüceyrə səviyyəsində təsir göstərərək iltihabi reaksiyaların qarşısını alır və damarların maddələr […]

Keçmiş Baş nazirin evindən sənədlər və pul müsadirə olundu

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evində axtarış aparılıb. Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib. Məlumata əsasən, axtarışlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş Baş prokuror Otar Partsxaladzenin də evlərində həyata keçirilib. Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul müsadirə edilib. Baş Prokurorluqdan qeyd olunub […]

Sərxoş halda yatan məmurun “iPhone”unu oğurladılar

Bakıda məmur küçədə qarət olunub. Tezadlar.az xəbər verir ki, hadisə Səbail rayonunun Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb. Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda mağazaların birinin yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq “iPhone 14 pro max” markalı telefonunu, həmçinin arxa […]

Mehriban Əliyeva Roma Papası ilə görüşdü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb”, – paylaşımda bildirilib.

Gürcüstan parlament sədri: “ATƏT sədri istefa verməlidir”

Yerli terrorçuları dəstəkləyən ATƏT-in fəaliyyətdə olan sədri istefa verməlidir. Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Tbilisidə çəkilən görüntülərinə münasibət bildirərkən yazıb. Onun sözlərinə görə, Valtonenin Tbilisinin Rustaveli prospektində videoçəkiliş zamanı “ekstremist qrupun nümayəndəsi ilə danışması” məsuliyyətsiz addım idi və bu davranış […]

İsrail və Niderland Bakıda qalib gəldi

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub. Tezadlar.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib. Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib – 5:0. Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland […]

Tramp Zelenskidən Putinlə Budapeştdəki görüşünə qoşulmağı xahiş edəcək – CBS News

Tramp və onun administrasiyası Zelenskinin qarşıdan gələn sammitdə iştirakını istəyir Ağ Ev ümid edir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya başçısı Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etməyə razılıq verəcək. Tezadlar.az bildirir ki, bu barədə CBS News-un müxbiri Nensi Kordes Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən məlumat verib. […]

Slovakiyadan Ukraynaya enerji və sığınacaq dəstəyi

Slovakiya Ukraynanı 500 min avro dəyərində enerji avadanlığı ilə təmin edəcək və cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə sığınacaqların tikintisi üçün əlavə 300 min avro ayıracaq. Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hökumətlərarası məsləhətləşmələrin üçüncü raundu çərçivəsində slovakiyalı həmkarı Yuray Blanar ilə görüşündən sonra “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, digər […]

Azarkeşlərə Avropa Liqasında Aston Villa – “Makkabi” matçına gəlmək qadağan edilib

İsrailin “Makkabi Təl-Əviv” klubunun azarkeşləri Avropa Liqasının 2025/26 mövsümünün əsas mərhələsində Böyük Britaniyanın “Aston Villa” klubu ilə noyabrın 6-da Birmingemdə keçiriləcək oyuna gəlməkdən kənarlaşdırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Atheltic” məlumat yayıb. Təhlükəsizlik Məsləhət Qrupu (SAG) İsrail klubunun azarkeşlərinin təhlükəsizliklə bağlı bir sıra amillərə görə Villa Parkda keçiriləcək oyuna gələ bilməyəcəklərini bildirib. Nəşr […]

Yaşıl və mavi xalatın sirri nədir?

Həkimlər kabinetlərdə adətən ağ xalat geyinir. Amma əməliyyat otağına daxil olanda onlar ağ xalatlarını mavi və ya yaşıl geyimlə əvəz edirlər. Bəs niyə məhz bu iki rəng seçilib? “Ağ xalatlı insanlar” ifadəsi sovet dövründən qalmış bir stereotipdir. Müasir xəstəxanalarda həkim geyimləri bəzən krem, açıq çəhrayı, hətta qırmızı tonlarda ola bilər. Lakin əməliyyat otaqlarında yalnız iki […]

Bacısını və ərini çəkiclə döyərək öldürən saxlanılıb

Evində bacısı və həyat yoldaşını çəkiclə vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 49 yaşlı Fyodor Milyayev saxlanılıb. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Telegram kanalında məlumat verilib. “İkili qətl törətməkdə şübhəli bilinən 49 yaşlı kişi qısa müddətdə saxlanılıb”, – məlumatda deyilir. Hazırda Milyayevin öz qohumlarını evlərində qətlə yetirməsinin motivlərini müəyyən […]

Atasının külündən döymə etdirdi – illər sonra dəyişdi

İngiltərədə yaşayan 32 yaşlı Temmi Lant mərhum atasının külündən döymə etdirib. Lakin bir neçə ildən sonra qadın döyməsində qəribə dəyişikliklər müşahidə edib. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, bir neçə il sonra Temminin qolundakı döymənin üzərində kiçik bərk bir dəri hissəsi yaranıb. Həkimlər ona sadəcə müşahidə etməyi tövsiyə ediblər. Məlum olub ki, onun bədəni külə […]

Vilayət Eyvazov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tələb etdi və…

Bu gün Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını tələb edib. Tezadlar.az nazirliyin saytına istinadla bildirir ki,Vilayət Eyvazov DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxış edərkən əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu deyib. Nazir bu mühüm […]

19 yaşlı futbolçu oyun zamanı dünyasını dəyişdi

Qazaxıstanın “Xan-Tenqri” klubunun 19 yaşlı futbolçusu Dias Toleu Qazaxıstan çempionatının Birinci Liqasının 25-ci turunda “Ekibastuz” komandasına qarşı keçirilən oyun zamanı halı pisləşdikdən sonra dünyasını dəyişib. Tezadlar.az xəbər verir ki, hadisə barədə məlumatı Qazaxıstan Futbol Federasiyası yayıb. Oyun dünən baş tutub. Oyunun 62-ci dəqiqəsində Toleu əvvəlcə meydançada oturub, sonra isə ot üzərinə uzanıb. Bir müddət sonra komandanın həkimi […]

“Avanqard” zavodunda baş verən partlayışda 6 nəfər xəsarət alıb

Onların hamısı partlayış baş verən sexdə işləyirmiş Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki “Avanqard” fabrikinin sexlərindən birində baş verən partlayış nəticəsində 6 işçi xəsarət alıb. Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib. “Onların hamısı partlayışın baş verdiyi sexdə işləyirdi. Uçmuş divar səbəbindən xilasedicilər onları dağıntılar altından çıxarmalı olublar”, – mənbə bildirib. Respublika başçısı Radiy […]

Saxlanılan Tbilisi iğtişaşının təşkilatçıları və iştirakçılarının sayı açıqlanıb

Oktyabrın 4-də Tbilisidə prezident iqamətgahına hücum cəhdinin daha 16 iştirakçısı saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın hüquq-mühafizə orqanları, daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib. Onun sözlərinə görə, beləliklə, indiyədək prezident iqamətgahında zorakılıq aksiyalarının təşkilatçısı və iştirakçısı olan 62 nəfər saxlanılıb. “Daha iki şəxs” hələ də axtarışdadır. Nazir müavininin sözlərinə görə, prezident […]

HƏMAS bu ölkələrə təşəkkür edib

HƏMAS Rusiya, Çin, Türkiyə və digər ölkələrə Fələstin xalqına verdikləri dəstəyə və Qəzzada döyüşlərə son qoymağa kömək etdiklərinə görə təşəkkür edib. Tezadlar.az xəbər verir ki, xarici mətbuat bu barədə dini-siyasi hərəkata istinadən məlumat yayıb. “Biz bütün sahələrdə Fələstin xalqını dəstəkləyən bütün ölkələrə, xüsusən Əlcəzair və Cənubi Afrika Respublikasına, habelə Rusiya, Çin və Kolumbiyaya Qəzzada müharibənin […]

Lukaşenko robot tozsoran istədi

Belarus prezidenti Aleksandr Lukaşenko hədiyyə olaraq robot tozsoran istədi. Tezadlar.az xəbər verir ki, onun sözlərini “Birincilər hovuzu” Telegram kanalı sitat gətirib. Lukaşenko Minsk şəhər Uşaq və Gənclər üçün Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Tədbir çərçivəsində Belarus lideri gənc robot ustaları ilə görüşüb. Uşaqlardan biri prezidentə özünün yaratdığı robot tozsoranı göstərib. “Tanış görünür. Mənim evdə […]

Ərini necə zəhərləmək barədə chatbotla məsləhətləşən qadın məhkəməyə verilib

ABŞ-da süni intellektdən istifadə edərək ərindən canını qurtarmağa çalışan qadın məhkəməyə verilib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. İstintaqın məlumatına görə, 43 yaşlı Şeril Harris Qeyts kimisə zəhərləmək yolları barədə ChatGPT chatbotuna müraciət edib. Onun köməyi ilə o, reseptlə verilən dərmanların ölümcül birləşmələri və zəhərli bitkilərlə zəhərlənmənin təsirləri haqqında təfərrüatları öyrənib. […]

Dağıstanda Çindən gətirilən xərçəng xəstəsi uşaq dünyasını dəyişib

O, Mahaçqala şəhər uşaq xəstəxanasının palliativ müalicə şöbəsində müalicə olunurdu Çindən Rusiyaya gətirilən xərçəng xəstəsi oğlan Dağıstanda xəstəxanada dünyasını dəyişib. Tezadlar.az bildirir ki, bu barədə TASS-a ölkənin səhiyyə naziri Yaroslav Qlazov məlumat verib. “Təxminən bir ay əvvəl oğlan valideynlərinin xahişi ilə Dağıstana gətirilib. Təəssüf ki, bu gün saat 11:00-da uşaq Mahaçqala şəhər uşaq xəstəxanasının palliativ […]

Böhrandan öz xeyrinə istifadə: Tramp ABŞ-ın siyasi mənzərəsini yenidən formalaşdırmaq qərarına gəlib

Hökumətin və digər ictimai qurumların müvəqqəti bağlanması ABŞ-ın siyasi mənzərəsini tamamilə yenidən formalaşdıra bilər. Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, demokratlar respublikaçılara qarşı mübarizə apararkən, prezident Donald Tramp böhranı öz xeyrinə çevirməkdədir. ABŞ-ın maliyyə ili oktyabrın 1-də başlayır və Konqres həmin tarixə qədər büdcəni razılaşdıra bilməsə, hökumət qənaət rejiminə keçir. Bu müddət ərzində hava […]

“Rusiya nəzarətdədir”: Dünya mediası Putinin Trampla görüşü haqqında

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp oktyabrın 16-da Macarıstanda keçiriləcək növbəti sammitə hazırlıqları açıqlayan telefon danışığı olub. Dünya mediası hesab edir ki, bu xəbər “Ukraynanın təşəbbüsünü alt-üst edir”. İndi İsraillə HƏMAS arasında atəşkəs əldə olunduqdan sonra Tramp diqqətini Ukrayna böhranına yönəldib. Putinlə telefon danışığından sonra o, onların Budapeştdəki görüşünün iki həftə ərzində […]

“Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal məkan olub”

“Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olub”. Tezadlar.az AzərTAC- a istinadla xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi […]

İsa Həbibbəyli Ramiz Mehdiyevi AMEA üzvlüyündən çıxardır və…

Ramiz Mehdiyevin nəinki yüksək dövlət mükafatları əlindən alınacaqş eləcə də onun Azərbaycan Milli Elmlər Akademiyasındakı üzvlüyü məsələsi də həllini tapacaq. Axı, o, həm də AMEA- nın akademiki, yəni həqiqi üzvü idi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli də elə jurnalistlərin bu tip sualını cavablandırarkən belə deyib: “Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə […]

Ətin qiymətini artıracaq tədbir: Heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək!

Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə tezadlar.az- a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Məlumatda deyilir ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, […]

Yunus Oğuz yazır: Padişah və balıqçı…

Pritça Bir gün padişah  daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə  ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş  qoydurmuşdu. Bir  sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə […]

İqtisadiyyatımızı və kiçik sahibkarlığı məhv edənlər… -SENSASİON FAKTLAR

E.Azayeva: “Necə ola bilər ki, dövlətə heç bir faydası dəyməyən, bircə iş yeri açmayan hansısa sürücünün yol hərəkəti qaydalarını pozmasına görə cərimələri 50-100 manatdan, amma bu ölkənin büdcəsinə vergi verən, iş yeri açan mikro və kiçik sahibkarların vergi sanksiyaları isə 1000-2000 manatdan başlayır?”  Bakı şəhər sakini, mikro-sahibkar xanım E.Azayeva «Təzadlar»a ürək yanğısı ilə sensasion müraciət […]

Bahalı futbolçular – Ronalda 280 milyon dollarlıq qazancla flaqmandır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldo 2025-ci ilin ən çox qazanan futbolçusu olub. Tezadlar.az xəbər verir ki,  bu barədə Forbes-in məlumatında  deyilir. Məlumata görə, Ronaldo 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun da 50 milyon dolları meydandan kənar gəlirlərdəndir. “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 130 milyon dollar (60 milyon […]

Dövlət qulluğuna qəbul qaydaları dəyişir – bu vəzifələrə qəbul daxili müsahibə əsasında olacaq

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir. Tezadlar.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü […]

Çingiz Qənizadə sədri olduğu İctimai Şuranın fəaliyyətindən danışdı

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə şuranın fəaliyyəti barədə demokrat.az-a müsahibə verib. Tezadlar.az Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin həmin müsahibəsini təqdim edir: -Çingiz müəllim, bir müddət öncə Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yaranması, formalaşması, tərkib hissəsi və qarşıda duran vəzifələr barədə sizdən müsahibə almışdıq. Yenidən müsahibə […]

Vətən müharibəsindən bu günədək Ermənistanın mina terrorunun qurbanı olan vətəndaşların sayı açıqlanıb

m

Davamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tezadlar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində səsləndirib. O bildirib ki, Azərbaycan […]

Gizir və miçmanlarla bağlı vacib xəbər

Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Tezadlar.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti […]

Məktəblini bıçaqlayan tutuldu

Bakıda məktəblini bıçaqlayan tutuldu, bıçaqlananın isə vəziyyəti isə yaxşı deyil. TƏBİB-dən tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub. Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş […]

Təhsil mütəxəssisi bəzi ixtisaslar istisna olmaqla, ali təhsil müddətinin azaldılmasını təklif edir

Ali təhsilin müddətinin azaldılması məsələsi sadəcə “zamanın qısaldılması” deyil, məzmuna, keyfiyyətə və əmək bazarının real tələblərinə uyğunlaşdırma məsələsidir. Tezadlar.az xəbər verir ki,  bunu tanınmış təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabında bildirib. O “Ali təhsilin müddəti azalmalıdırmı?” sualını belə cavablandırıb:  “Araşdırmalarım göstərir ki, Avropada 28 ölkədən 19-da bakalavr təhsili 3 ildir. Yeni qaydalarda Almaniya, Niderland, […]

Motosklet sürənlərə bəd xəbər: sürücülük vəsiqəsi almalısınız!

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Tezdlar.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda təklif edilən dəyişiklikdə öz əksini tapıb. Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək. Dəyişiklikdə mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də nəzərdə tutulur. Qanuna təklif olunan digər dəyişiklik isə […]

“Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur”

Bu gün Füzuli şəhəri günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. 1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında və xüsusi ilə kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi paya malik olan rayonlarımızdan olub. Tezadlar.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial […]

Reklam haqlarını ödəməkdən yayınan 140 sahibkar cərimələnib

Cari ilin ilk üç rübü ərzində 140-dan çox sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, tətbiq edilən cərimələrin ümumi məbləği 135,000 (yüz otuz beş min) manatı keçib. Tezadlar.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib. Bildirilib ki, bundan əlavə, agentlik tərəfindən icazə şərtlərinə uyğun olaraq ödənilməmiş […]

Ağdam Sənaye Parkında mebel də istehsal ediləcək – ixrac da nəzərdə tutulub

“Saloğlu Qarabağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 31-ə çatıb. Tezadlar.az xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək […]

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının açılışında

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gəlib. Tezadlar.az xəbər verir ki, dünən oktyabrın 16-da səfər çərçivəsində Birinci Vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının […]

İran Aşıqlar Birliyinin qurucusu İran Musiqi Evinin sözçüsünü saxtakarlıqda ittiham etdi

Aşıq Səlcuq Şahbazi Daryuş Pirniyakan-Gərgərliyə sərt cavab verdi, bəyanat yaydı… «Təzadlar» qəzetinə və eyni adlı tezadlar.az portalına İrandan göndərilmiş bəyanatı olduğu kimi təqdim edirik. Onu da qeyd edirik ki, Kanadada və Türkiyədə yaşayan mədəniyyət təəssübkeşləri də bu məsələ ilə bağlı İran və Azərbaycan Mədəniyyət nazirliklərinə müraciətlər göndəriblər. Beləliklə, Aşıq Səlcuq Şahbazi Daryuş Pirniyakan-Gərgərliyə cavab bəyanatında […]

Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür

17 oktyabr Füzuli Şəhəri Günüdür! Tezadlar.az xatırladır ki, şəhərin erməni işğalından  azad olunmasından beş il ötür. Belə ki, 2020- ci ilin oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən […]

Trampın Putinlə görüş planı Zelenskini yaman çaşdırıb və…

Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı və Budapeştdə görüşmək barədə razılığa gəlməsinə dair açıqlaması Vaşinqtona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskini yaman təəccübləndirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Amerika mediası yazıb. Yazıda qeyd olunur ki, Vaşinqtona gələn Zelenski Trampla görüşə və ABŞ-ın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməyə hazır […]

Qatar gecikmələri zamanı sərnişinlərə pulsuz yemək verilə bilər

Uzun qatar gecikmələri zamanı sərnişinlər isti yemək və ya oteldə yer ala biləcəklər Dron hücumları, təxribat, pis hava və ya digər səbəblərə görə qatar səfərləri gecikərsə, ruslar pulsuz yemək, yaşayış yeri və digər xidmətlərdən yararlana biləcəklər. Bu təşəbbüs bizneslərin razılığı olmadan qəbul edilməyəcək və onun həyata keçirilməsi biletlərin qiymətinin bahalaşmasına səbəb ola bilər, – Tezadlar.az […]

Tramp: Rubio və Lavrov tezliklə görüşə bilərlər

Tramp bildirib ki, hazırda Lavrov və Rubio arasında görüşün vaxtı və yeri razılaşdırılır Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda görüşə bilər. Tezadlar.az xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib. “Marko Rubio öz həmkarı, bildiyiniz kimi, Lavrovla görüşməyə hazırlaşır. Onların görüşü çox yaxında baş […]

Baş nazirin “Məhəmməd” adından niyə acığı gəlir?- SƏRT ETİRAZ

Gürcüstanın İlya Dövlət Universitetinin assosiasiyalı professoru Beka Mindiaşvili ölkənin Baş naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, Beka Mindiaşvili bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib. O bildirib ki, Kobaxidze son dərəcə ağır bir fikir səsləndirib: belə çıxır ki, Berlində bir uşağa […]

Orban Aİ-dən Rusiya ilə danışıqlara başlamağı tələb edib

Avropa müharibə psixozunun əsiridir. Avropa liderləri münaqişəni gərginləşdirməkdənsə, Rusiya ilə danışıqlara başlamalıdırlar. Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban sosial media platformasında çağırış edib. Macarıstanlı siyasətçi Avropa İttifaqı (Aİ) rəhbərliyinin mövqeyini tənqid edərək, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin müharibə ilə bağlı danışıqlar aparmaq üçün mandatının olmadığını qeyd edib. “Avropa müharibə […]

Tramp Baydeni axmaqlıqda ittiham edir

ABŞ prezidenti Donald Tramp keçmiş ABŞ lideri Co Baydenin öz axmaqlığına görə müharibələrə başladığını iddia edib. Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. O, “səkkiz müharibəni bitirdiyini” iddia etdi. “Sizcə, Corc Buş müharibəni bitirdi, Bayden müharibəyə son qoydu? Bayden müharibələrə başladı. Çünki o, axmaq idi”, – Tramp vurğulayıb. Siyasətçi Ukraynadakı münaqişəyə görə […]

Tramp III Dünya müharibəsini istisna edir

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra bəyan edib ki, Ukraynaya görə III Dünya müharibəsinin qarşısı alınıb. Tezadlar.az xəbər verir ki, onun sözlərini “C-Span” sitat gətirib. Tramp vurğulayıb ki, Ukrayna böhranı Üçüncü Dünya Müharibəsinə səbəb ola bilərdi. “Bu olmayacaq. Amma ola bilərdi”, – o, Ağ Evdə jurnalistlərlə söhbətində bunu istisna edib. Amerika […]

Tramp: Biz “Tomaqavk”dan istifadə edə bilmərik, onlara özümüzün ehtiyacımız var

Amerikanın çoxlu sayda “Tomaqavk” qanadlı raketləri var, lakin ölkənin də onlara ehtiyacı var. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib. “Ehtiyatımızı tükədə bilmərik”, – Tramp deyib. O, ABŞ-ın malik olduğu raketləri “güclü, dəqiq və çox təsirli” adlandırıb. Amerika lideri əlavə edib ki, “bizim […]

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcək – Tramp

ABŞ prezidenti oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını yüksək qiymətləndirib ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Vaşinqton indiki vaxtda Moskvaya qarşı sanksiyaları sərtləşdirməyəcək və Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 16-da telefon danışığını yenidən tərifləyib. “Mən heç nəyə qarşı deyiləm. Sadəcə onu deyirəm ki, bəlkə də doğru zaman deyil”, – deyə o, Konqresin […]

Tramp iki həftə ərzində Putinlə Budapeştdə görüşməyə ümid edir

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə iki həftə ərzində Budapeştdə görüşməyə ümid etdiyini bildirib. “Mən deyərdim ki, görüş iki həftə ərzində baş tutacaq, çox yaxında”, – Tezadlar.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə danışarkən məsələyə toxunaraq deyib. E.ŞİRİNOV

Gəncədə “KAMAZ” qadın piyadanı vurub – vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KAMAZ” markalı yük maşını yolun kənarında dayanan 1986-cı il təvəllüdlü T. Abdıyevanı vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ərdoğan: Cənub sərhədlərində terror təhdidi davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyadakı hərbçilərin mandatının daha üç il müddətinə uzadılması barədə sənədin təsdiqlənməsi üçün parlamentə təqdim edib. Tezadlar.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb. Sənəddə qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində terror təhlükəsi qalmaqdadır və bu, onun milli təhlükəsizliyi üçün risklər yaratmaqda davam edir. Ankara təhlükəsizlik üçün […]

Putinlə Laricani arasında Moskva görüşü baş tutub

Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Laricanini qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Laricaninin teleqram kanalında məlumat verilib. Məlumata görə, Laricani Putinə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin mesajını çatdırıb. Tərəflər, həmçinin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Qeyd edək ki, İran TŞ katibi bu […]

“Hizbullah”ın yeraltı anbarları məhv edildi — İsrail ordusu

İsrail Hərbi Hava Qüvvələri bu yaxınlarda Livanın cənubunda və Bekaa vadisinin şərqində “Hizbullah”ın yeraltı silah anbarlarına zərbələr endirib. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “”Hizbullah” bütün Livan ərazisində terror infrastrukturunu bərpa etməyə cəhdlərini davam etdirir, bu Livan və İsrail arasındakı razılaşmaların açıq şəkildə pozulmasıdır”, – deyə məlumatda qeyd olunub.

Həkim xəbərdarlığı: Qida əlavələri düzgün qəbul edilməsə zərərli ola bilər

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız olmaqla yanaşı təhlükəli də ola bilər. Bu barədə endokrinoloq-ginekoloq Tatyana Ovçarova xəbərdarlıq edib. O bildirib ki, dəmir tərkibli preparatlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Çünki dəmir çatışmazlığı digər anemiya növlərindən fərqlənir və artıq dəmir qaraciyər, ürək və pankreasda yığılaraq toksiki ziyan verə bilər. Yod da yalnız həkim […]

Atadan açıqlama: “Küsülü idilər, 3 aydır qızım evimdə idi” – VİDEO

“Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar”. Tezadlar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib. “Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, […]

Tovuzda ailə faciəsi — ər arvadını öldürüb, özünə qəsd etdi

Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Tezadlar.az xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz […]

Rişelyedən Ramiz Mehdiyevə — “Boz kardinal”ların izi ilə

“Boz kardinal”  “Boz kardinal” ifadəsi — hakimiyyətin kölgədə qalan, görünməyən, lakin güclü təsirə malik olan məsləhətçi və ya qaranlıq qüvvə anlamında metaforik bir anlayışdır. “Tezadlar.az”, “Lent.az”a əsaslanaraq “Boz kardinal” ifadəsinin mənşəyi ilə bağlı maraqlı faktları oxucularla bölüşür. “Boz kardinal” ifadəsinin mənası “Boz kardinal” termini rəsmi dövlət vəzifəsi olmayan, amma siyasi və idarəetmə proseslərinə arxadan təsir […]

Gəncədə “Araboğlu” un fabrikindəki yanğın söndürülüb

Gəncədə “Araboğlu” un fabrikində başlayan yanğın tam söndürülüb. Tezadlar.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşdülər

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra bir araya gəliblər. Tezadlar.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşvili ilə Tbilisidə “Şükriyyə” tamaşasından sonra görüşüb. H.İsmayılov gürcü həmkarına “Teatr xadimi” medalını və “Ad günü” filmində çəkildikləri kadrdan rəsm […]

Banklar kredit üçün tanışların nömrəsini niyə tələb edir?

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları alıb daha sonra vəsait ayırırlar. Bura yaşayış yeri, iş yerinin olması, kredit tarixçəsi kimi məlumatlar daxildir. Ancaq sonda kredit götürən şəxsdən bir neçə tanışın mobil nömrəsi tələb olunur. Xüsusilə ilə ailə üzvləri və iş yoldaşları bura aiddir. Ödənişlə bağlı gecikmə olanda zəng edib həmin şəxslərə xəbərdarlıq edirlər.  […]

Azərbaycan məhkəməsində “Qarabağdakı cinayətlər” işi – şahidlər və sübutlar təqdim olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Xalq artisti 75 yaşını qeyd etdi – ailəvi kadrlar yayıldı

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı 75 illik yubileyini təmtəraqlı şəkildə qeyd edib.  Tezadlar.az-ın məlumatına görə, aktrisa gecədən görüntülər paylaşmaqda davam edir. A.Bəşirqızı övladının ailəsinin fotosunu yayımlayıb. Şəkildə onun oğlu Səmral, gəlini Könül, nəvələri Əhmədpaşa və Bəşir yer alıblar.

17 oktyabrda iş saatı azaldılmayacaq

18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. Tezadlar.az-ın məlumatına görə, iş günü hesab edilməyən bayram günlərindən əvvəl iş saatı qısaldılır. Lakin 18 oktyabr iş günü olan bayram hesab olunur. Buna görə də 17 oktyabrda iş saatı azaldılmayacaq.

Üzgüçülük yığmasına yeni nəfəs: Luka Qabrilo komandaya rəhbərlik edəcək

Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb. Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) Tezadlar.az-a verilən məlumata görə, bu post isveçrəli Luka Qabriloya həvalə olunub. Mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər. Qeyd edək […]

Volqoqrad vilayətində elektrik yarımstansiyasına PUA-nın hücumundan sonra elektrik kəsilib

Səlahiyyətlilər zədələnmiş yarımstansiyaya bitişik icmalarda elektrik enerjisinin kəsilməsi barədə məlumat verir Rusiya Volqoqrad vilayətində enerji infrastrukturuna pilotsuz təyyarələrin hücumu barədə məlumat verir. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki,Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov onun hava hücumundan müdafiə qüvvələrinin “Volqoqrad vilayətində enerji infrastrukturuna iri pilotsuz təyyarə hücumunu dəf etdiyini” qeyd edərək, hücumu elan edib. Onun sözlərinə görə, […]

“Neftçi” və “Murov Az Terminal” mövsümə qələbə ilə başladı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib Tezadlar.az-ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutub. “Neftçi” “Ordu”nu 3:0, “Murov Az Terminal” isə “Azərreyl” kollektivini 3:2 hesabı ilə məğlub edib. Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Qeyd edək ki, turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və […]

Trampın Rusiyadan Hindistana neft tədarükünü pozmaq şansları qiymətləndirilib

ABŞ-ın Hindistan hökumətini Rusiya neftinin idxalını dayandırmağa inandırmaq cəhdləri Vaşinqtonda istənilən nəticəni verməyəcək. Tezadlar.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun fikrincə, Ağ Evin bu sövdələşmələrdən imtina etmək çağırışına baxmayaraq, Yeni Dehli Rusiyadan enerji almağa davam edəcək. Novak vurğulayıb ki, Rusiya enerjisi tələbatda qalır, iqtisadi cəhətdən səmərəli […]

Moskva və Düşənbə neft əməkdaşlığını genişləndirir

Rusiya və Tacikistan Rusiya şirkətlərinin Tacikistanda birgə neft yataqlarının işlənməsi layihələrinə cəlb edilməsi ilə bağlı fəal danışıqları davam etdirir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Tacikistanın energetika və su ehtiyatları naziri Daler Jumo arasında Rusiya enerji həftəsi çərçivəsində keçirilən görüşdən sonra Rusiya hökuməti məlumat verib. “Tacikistan ərazisində neft yataqlarının […]

Trampın Ukraynaya silah tədarükü sxeminə görə NATO ölkələrinə təzyiqlər artır – “Politico”

PURL adlanan sxemə hələ bütün ölkələr qoşulmayıb Əksər NATO ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən və Ukrayna üçün çox ehtiyac duyulan Amerika silahlarının alınması üçün müttəfiq vəsaitlərdən istifadəni nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısını (PURL) maliyyələşdirməyə hazır olduqlarını bəyan ediblər. “Danimarka, Norveç, İsveç, Kanada, Almaniya və Hollandiya dörd ayrı PURL paketində 2 […]

Abid Şərifov danışma və yerimə qabiliyyətini itirib

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib. Tezadlar.az “yenisabah”a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib. Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır. A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər. Qeyd edək ki, A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

Litva “Ryanair” təyyarəsi ilə bağlı insidentlə əlaqədar istintaqı bağlayıb

Litvanın Baş Prokurorluğu Minsk hava limanında məcburi eniş edən Ryanair təyyarəsi ilə bağlı 2022-ci ildə baş vermiş insidentlə bağlı istintaqı bağlayıb, toplanmış bütün materialları polşalı həmkarlarına təhvil verməyə qərar verib. “İstintaq hərəkətləri Litva və Polşanın məsul əməkdaşlarından ibarət birgə qrup tərəfindən aparılıb. Litvada istintaqın bağlanması və bütün toplanmış materialların Polşa tərəfinə təhvil verilməsi qərara alınıb, […]

Ədliyyə Nazirliyi: Bələdiyyələrin birləşməsi yekunlaşıb

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb. Bu barədə Tezadlar.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli […]

Aİ səfirləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilmədilər

Aİ səfirləri oktyabrın 15-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” diplomatlara istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, bu məsələ oktyabrın 17-də yenidən müzakirə olunacaq. Bir gün əvvəl Slovakiyanın baş naziri Robert Fitso Aİ-nin Ukraynadakı vəziyyəti müzakirə etməklə, öz problemlərini həll edə bilmədiyini ört-basdır etdiyi […]

“Real” qışda Qarsiya üçün gələn təklifləri rədd edəcək

İspaniya təmsilçisi “Real” (Madrid) hücumçusu Qonzalo Qarsiyanı başqa kluba satmağı düşünmür. Tezadlar.az “Marca” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu cari mövsüm cəmi bir dəfə start heyətində meydana çıxsa da, “kral klubu”nun baş məşqçisi Xabi Alonso onun xidmətində maraqlıdır. Madridlilərin çalışdırıcısı qış “transfer pəncərəsi”ndə Qarsiya ilə maraqlanacaq komandalara “yox” cavabı verəcək. Qeyd edək ki, Q.Qarsiya […]

“Telta” zavodunun təsisçisi 7 il müddətinə azadlıqdan məhrum edildi

O, həmçinin 900 min rubl cərimə olunub 7 min hərbi səhra telefonunun istehsalı zamanı 33,8 milyon rublun mənimsənilməsi ilə bağlı cinayət işindən sonra Moskvanın Meşçanski rayon məhkəməsi Permdəki “Telta” telefon zavodunun təsisçisi İqor Morozovu 7 il müddətinə azadlıqdan məhrum edib. Tezadlar.az bildirir ki, bu barədə TASS-a prosesdə iştirak edənlərdən biri məlumat verib. “Moskvanın Meşçanski Rayon […]

ABŞ və Rusiya liderləri arasında yeni telefon danışığı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıq aparır. Tezadlar.az xəbər verir ki, bu barədə Trampın özü “Truth Social” sosial şəbəkəsində məlumat verib. “Hazırda Prezident Putinlə danışıram. Söhbət davam edir və kifayət qədər ətraflıdır. Söhbətin sonunda Prezident Putin kimi mən də məlumat verəcəyəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, – o qeyd edib.

Bu yazıq taksilərdən nə istəyirlər?

Taksilərdə yeni qaydalar: AYNA sıxır, sürücülər  əzilir, sərnişinlər isə… Son iki ildə taksi fəaliyyəti, sanki “islahat” adı ilə boğulur. Qayda üstə qayda, rüsum üstə rüsum, bir tərəfdən sistem yaratmaqdan danışılır, digər tərəfdən minlərlə sürücünün çiyninə yeni yük qoyulur. Bir neçə il əvvəl taksi sürmək üçün “buraxılış vəsiqəsi” (125 manat) və “buraxılış kartı” (25 manat) almaq […]

Müdafiə xərcləri rekord səviyyəyə çatır

Litva hökuməti 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib və bu layihədə ÜDM-in 5,38 %-i həcmində rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulub. Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. “Təhlükəsizlik sektoru bizim üçün danılmaz prioritetdir. Bu il bütün büdcə maddələri üzrə sabit artım müşahidə olunur ki, bu da […]

London və Kiyev “Türk axını” qaz kəmərinə təxribat hücumları hazırlayıb?

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Britaniya kəşfiyyat orqanlarının Ukrayna ilə əməkdaşlıq edərək “Türk axını” qaz kəmərinə təxribat hücumları hazırladığı barədə məlumat alıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının Səmərqənddə keçirilən iclasında bildirib. FTX direktorunun sözlərinə görə, agentlikdə britaniyalıların […]

ANAMA-da yeni İctimai Şura üzvləri təqdim olundu

Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Tezadlar.az xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev yeni tərkibdəki Şura üzvləri haqqında məlumat verib. Görüşdə İctimai Şura üzvləri fikir və təkliflərini bildirib, müvafiq qeydlər götürülüb, […]

Alimləri: diabet dərmanları sərxoşluğu zəiflədir

ABŞ alimləri müəyyən ediblər ki, şəkərli diabetin və artıq çəkinin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanlar, o cümlədən “Ozempic” və “Wegovy” spirtin beyin üzərindəki təsirini yavaşlada bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “Scientific Reports” (SciRep) jurnalında dərc olunan tədqiqatda məlumat verilib. Fralin Biotibbi Tədqiqat İnstitutunun alimləri bildiriblər ki, GLP-1 reseptor agonistləri qrupuna aid preparatlar alkoqolun qana […]

Sabunsuz həyat: kişilər niyə tədricən duş gellərindən uzaqlaşır?

Kişilər getdikcə daha çox sabundan imtina edirlər. Onlar adi duş gelləri əvəzinə yalnız su ilə yuyunmağa, minimal durulama və ya çox yumşaq təmizləmə üsullarına üstünlük verirlər. Hesab edirlər ki, bununla dərinin təbii balansını qoruyur və gündəlik yuyunma vasitələrinin yaratdığı zərəri azaldırlar. Tezadlar.az xəbər verir ki, alimlərin fikrincə, çox sıx təmizlənmə bu faydalı bakteriyaları məhv edir. Halbuki […]

Sumqayıtda 44 yaşlı kişi evində ölü tapıldı

Sumqayıtda evdən meyit tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə şəhəri, 10-cu mikrorayon ərazisində qeydə alınıb. 44 yaşlı Cəfərov Eltac Yadigar oğlu gecə saatlarında yaşadığı evdə ölü halda tapılıb. Mərhumun hansı səbəblərdən öldüyü bilinmir. Araşdırma aparılır.

AYNA: Kvota nə sürücülərə, nə də buraxılış kartlarına təsir edəcək

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki, kvota tətbiqindən sonra sürücülər iş yerlərini itirəcək, eləcə də avtomobillərin buraxılış kartları ləğv olunacaq.  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tezadlar.az-a verilən xəbərdə bildirilib ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır: “Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35000 aktiv […]

Pulun “sevimliləri”: Ən şanslı 4 bürc açıqlandı

Bəzi insanlar xoşbəxt bir ulduzun altında doğulmuş kimi görünür – pul onlara ən çox ehtiyac duyduqda gəlir.  Tezadlar.az-ın məlumatına görə, astroloqlar hesab edirlər ki, bu bürclərin nümayəndələri çətin anlarda belə maddi imkanları cəlb etmək üçün təbii bir hədiyyəyə malikdirlər. Buğa Buğalar başqaları sabitliyini itirdikdə belə, maliyyə yastığı yaratmağı bacarırlar. Onların praktikliyi və kəskin fürsət hissi […]

Heyli Biber “Rhode” markasından qazandığı 1 milyard dolları oğlu üçün saxladı

Məşhur müğənni Castin Biberin həyat yoldaşı, model və biznes qadını Heyli Biber “Rhode” kosmetika markasının satışından əldə etdiyi 1 milyard dolları bir yaşlı oğlu Cek Blyuz üçün saxlayıb. Tezadlar.az xəbər verir ki, Heyli bu sərvəti məsuliyyətli şəkildə idarə etmək və gələcəkdə oğluna miras qoymaq məqsədilə belə bir qərar verib. Qeyd edək ki, cütlüyün ilk övladı 2024-cü […]

Tramp Çinə qarşı yeni rüsumlarla Ukraynaya “qələbə fondu” yaratmaq istəyir

Tramp Çinə qarşı yeni rüsumlar hesabına Ukraynaya “qələbə fondu” yaratmaq istəyir. Tezadlar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya maliyyə dəstəyi üçün Çindən yeni rüsumlar vasitəsilə “qələbə fondu” yaradılması üzərində işləyir. O, maliyyə naziri Skot Bessentə bu planı Zelenskinin Vaşinqton səfəri ərəfəsində avropalı tərəfdaşlara təqdim etməyi tapşırıb. Təklifdə Çindən idxala 500% rüsum tətbiq olunması və toplanan […]

Fərhad Əhmədov DTX-dəki məhkəmədə ifadə verdi

Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Tezadlar.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda cinayət işi üzrə əsas şahid qismində tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov ifadə verib. Məhkəmədəki ifadəsində Fərhad Əhmədov təqsirləndirilən Anass Derrazı tanıdığını söyləyib. Fotoda:Anass […]

Tanınmış aktyor Yadigar Muradovun səhhəti pisləşdi

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır. Tezadlar.az xəbər verirki, bu barədə aktyorun oğlu Yaşar Muradov özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir. Sitat: “Təzyiqi düşüb, neçə gündür, qızdırması çox yüksəkdir. Hissiyyatı tamamilə itib”. Allah şəfa versin!

İki ilə 150 məktəb bağlandı

Şagird sayının azlığına görə bağlanan məktəblərimiz 2023-cü ildən 2025-ci ilə qədər 150 məktəb təşkil edir. Bu səbəbdən məktəblərin, eyni zamanda siniflərin bağlanması halları daha çox kəndlərdə rast gəlinir.  Tezadlar.az xəbər verir ki, Yardımlı rayonunun Şıxlar kəndində 10-cu sinif bağlanıb. Təhsil alan 4 şagird isə qonşu kənddəki məktəbə yönləndirilib. Qəbələnin Tikanlı kəndində isə vəziyyət bir qədər […]

Ramiz Mehdiyevin dövlət çevrilişi: onun hökumətində kimlər olacaqdı?-TƏCİLİ

Ramiz Mehdiyevin dövlət çevrilişi: onun hökumətində kimlər olacaqdı?-TƏCİLİ Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Sitat: […]

ABŞ-da “şatdaun” nüvə proqramını vurdu — 100 min podratçı ödənişsiz qaldı

ABŞ Energetika Nazirliyi hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması (şatdaun) səbəbindən nüvə arsenalının modernləşdirilməsi proqramında iştirak edən təxminən 100 min subpodratçıya ödənişləri dayandırmaq məcburiyyətində qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt “Bloomberg TV”yə müsahibəsində bildirib. “Biz Energetika Nazirliyində nüvə arsenalının modernləşdirilməsi ilə məşğuluq. Bu işə cəlb olunmuş 100 min podratçımız var – […]

Tramp Putinlə danışdı, amma… – RUSİYA FÖVQƏLADƏ VƏZİYYƏTDƏ

Bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə növbəti dəfə telefon danışığı aparıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib. Sitat: “… Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək”. Məsələ ondadır ki, Donald […]

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi rüşvət ittihamı ilə həbs edilib

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub. Təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham […]

Azərbaycan Kikboksinq Federasiyası İctimai Birliyində nə baş verir?

Mərkəzi Bank Azərbaycan Kikboksinq Federasiyası İctimai Birliyini valyuta qaydalarını pozduğu üçün cərimələyib. Belə ki, Azərbaycan Kikboksinq Federasiyası barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Azərbaycan Kikboksinq Federasiyası 18.692 ABŞ dolları məbləğində vəsaiti 2 avqust 2023-cü il tarixdə xaricə köçürüb və 2 il […]

Tanınmış tədqiqatçı Firidun Şuşinski ilə bağlı şuşalılara müraciət etdi

«Təzadlar»a təqdim edilmiş həmin müraciəti olduğu kimi təqdim edirik: «Sözüm şuşalılaradır! Əziz şuşalılar, Sizə xatırlatmaq istərdim ki, XX əsrin əvəzolunmaz musiqi tədqiqatçısı Firidun Şuşinskinin 20 oktyabr 2025-ci il tarixdə anadan olmasının 100 illiyidir. Firidun Şuşinski Azərbaycanın dilbər guşəsi olan, Sizin qürurla adını çəkdiyiniz, uzun müddət düşmən tapdağı altında inləmiş Şuşa şəhərində anadan olub. Siz bilirsiniz […]

Türkiyədə arxeoloqlar üzərində İsa Məsihin təsviri olan 1300 illik çörək tapıblar – FOTO

Türkiyədə arxeoloqlar üzərində İsa peyğəmbərin təsviri olan 1300 illik çörək tapıblar Tezadlar.az  xəbər verir ki,   bu barədə  ATİ məlumat yayıb. Mütəxəssislər bir vaxtlar qədim İrenopolis şəhərinin yerləşdiyi Topraktəpə arxeoloji sahəsində qazıntılar zamanı eramızın 7-8-ci əsrlərinə aid beş dairəvi çörək aşkar ediblər. Həmin çörəklər təbii olaraq kömürləşmə sayəsində qorunub saxlanılmışdır. Onların dördündə Malta xaçı, birində  İsanın […]

“Boston Consulting Group”un regional direktoru ilə “AzerGold”da maraqlı görüş

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Boston Consulting Group”un (BCG) İdarəedici direktor və Baş partnyoru, eləcə də BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə rəhbəri Matias Tauber ilə görüş keçirib. QSC-dən tezadlar.az-a bildirilib ki, Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nəticələr və qarşıya qoyulan strateji məqsədlər barədə ətraflı məlumat […]

Almaniyada covid 19-a yoluxma halları kəskin artıb

Almaniyada koronavirusa yoluxma halları kəskin artıb. Tezadlar.az  xəbər verir ki, bu barədə DW məlumat yayıb. Oktyabrın 6-dan 12-dək ölkədə təqribən 6440 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Robert Kox İnstitutunun hesabatına əsasən, əvvəlki həftə təxminən  3 min 850 nəfər olub. Buna baxmayaraq, koronavirusa yoluxma hallarının sayı keçən ilin eyni həftəsindən, demək olar ki, iki dəfədən çox […]

Husilərin Baş Qərargah rəisi öldürülüb

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari öldürülüb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Husilər məlumat yayıb. Onun öldürülməsinin detalları açıqlanmayıb. Husilər Ğəmarinin ölümündə İsraili ittiham edib və bu ölkə ilə mübarizənin davam edəcəyini bəyan ediblər.

Özbəkistana hər ay 1 milyondan çox xarici turist gəlir, bəs Azərbaycana?

2025-ci ilin aprel ayından bəri Özbəkistan hər ay 1 milyondan çox xarici turisti qəbul edib ki, bu da rekord göstəricidir. Tezadlar.az  xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi yanında Turizm Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, ölkə tarixində ilk dəfədir ki, belə göstəricilərə nail olunub. […]

Avropada elektron və filtrlənmiş siqaretlərin qadağan ediləcəyi gözlənilir  – Şura ÜST-ə yox deməyəcək

Avropa İttifaqı Şurası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq elektron siqaretlərin və filtrlənmiş tütün məmulatlarının qadağan edilməsi ilə bağlı təklif hazırlayır. Tezadlar.az  xəbər verir ki,  bu barədə “Bild” qəzeti əldə etdiyi sənədlərə istinadən məlumat yayıb. Qeyd olunur ki, Aİ Şurası ÜST-nin “siqaretlərin cəlbediciliyinin azaldılması” ilə bağlı göstərişlərini dəstəkləyəcək. Brüssel “filtrlənmiş siqaretlərin istehsalına, idxalına və […]

Doğumunun 100. Yılında Türklüğün Ebedi Sesi: Bahtiyar Vahapzade Paneli

 Kültür Sanat Uygulama ve Araştırma Merkezi ile Kültür Sanat Uygulama ve Araştırma Topluluğu iş birliğiyle, “Doğumunun 100. Yılında Türklüğün Ebedi Sesi: Bahtiyar Vahapzade Paneli” büyük bir coşkuyla gerçekleştirildi! Sezai Karakoç Salonu’nda düzenlenen program, saygı duruşu ve İstiklal Marşı ile başladı. KÜSAT Halk Oyunları Ekibi sahne performansıyla renklenen etkinlikte panelistler, Bahtiyar Vahapzade’nin hayatını, eserlerini, düşünce dünyasını, […]

Türkşünaslıq düşüncələri Yunus Oğuzun əsərində- NİZAMİ CƏFƏROV YAZIR

 …Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk  tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi”, “Qədim türklər və […]

Dövlətin içində dövlətə qarşı: “Boz kardinal”ın ifşası finiş xəttində – ŞƏRH

Yetkin və savadlı insanların əksəriyyəti yəqin ki, “Boz kardinal” ifadəsinin mənasını və tarixçəsini yaxşı bilir. Klassik anlamda bu ifadə heç bir rəsmi vəzifə tutmadan dövlətdə böyük təsir gücünə malik, prosesləri “pərdə arxası”ndan idarə edən, gizli oyunlar, intriqalar quran şəxsə şamil edilir. Lakin bu ifadənin tarixçəsinin XVII əsr Fransasına gedib çıxdığını bilməyən istənilən Azərbaycan vətəndaşından soruşsanız […]

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?

 …Cəmiyyətdə bəzən böyük market şəbəkələri ilə bağlı yanlış təsəvvür formalaşır – guya bu şəbəkələr vaxtı keçmiş və istifadəyə yararsız məhsulları yenidən satışa çıxarır. Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təqdim edilən reportaj isə bu iddiaların tamamilə əsassız olduğunu faktlarla nümayiş etdirir. Şirkətin məlumatına görə, hər ay milyonlarla manat dəyərində məhsul istehlaka yararsız hesab edilərək satışdan çıxarılır və […]

Bu məhkəmə hakiminin fəaliyyətinə xitam verildi- SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə, nəhayət, xitam verildi. Tezadlar.az Məhkəmə-Hüquq Şurasının saytına istinadla bildirir ki, şura bu gün belə bir qərar qəbul edib. Belə ki, MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib. Amma maraqlıdır ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırilmasi ilə bağlı Məhkəmə-Hüquq Şurasına şəxsi ərizə ilə müraciət edib […]

Tovuzda qadın qətlə yetirildi- əri şübhəli bilinir və…

Təəsüflərlə deyək ki, bu gün Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub. Məlum olur ki, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb. Onların 3 azyaşlı oğlu var. […]

RAMİZ MEHDİYEVİN AZƏRBAYCANI İLƏ BƏXTİYAR SADIQOVUN “AZƏRBAYCAN”I…

Mən on səkkiz yaşımda qələm götürdüm əlimə və o gündən bəri gördüyümü, duyduğumu, inandığım həqiqəti yazmaqdan heç vaxt çəkinməmişəm. Mənim üçün yazmaq var olmağın, nəfəs almanın, vicdanın diktəsidir. Hər yazımda səmimiyyətim, xarakterim, ruhumun yanğısı hiss olunur və oxucularımdan aldığım rəylərdən bilirəm ki, bunu anlayırlar. Çünki yalanın kölgəsi uzanan mühitdə səmimiyyət azadlığın ən etibarlı məkanıdır. Mən […]

Ramiz Mehdiyevə sevgi payı: dünən və bu gün! -KAMRAN MƏMMƏDLİ YAZIR

Vaxt var idi … Abel Məhərrəmov : “Ramiz müəllim, sizin xidmətlərinizi biz çox böyük qiymətləndiririk. Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız böyük qiymətləndirib”. Deputat Aydın Mirzəzadə : “Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir. Eks deputat ️Vahid Əhmədov : “Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu […]

Əri onu 34 metrlik uçurumdan itələdi

Çin xalq məhkəməsi altı il əvvəl ərinin təzyiqindən möcüzəvi şəkildə sağ çıxan Nankinli qadının boşanma ərizəsini təmin edib. Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb. Qəzetin yazdığına görə, faciə 2019-cu ilin iyununda cütlük Taylandda istirahət edərkən baş verib. Milli parkı ziyarət edərkən Yu Xiaodong adlı şəxs həyat yoldaşı Vanq […]

Bu dəqiqələrdə Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilir

Bu dəqiqələrdə Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir. Tezadlar.az- ın əməkdaşının da iştirak etdiyi mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər. Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib. Oğlu Eyyub Quliyev “Təzadlar”a bildirib ki, atası […]

Noyabr ayında 900 ailə Ağdam sakini olacaq!

“Noyabr ayında Ağdama 900 ailənin qayıdışı gözlənilir…”. Tezadlar.az xatırladır ki, Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov belə bəyan edib. E.Hüseynov bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır. Sitat: “Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı […]

Macarıstan aktivlərinə həbs qoyulacağı təqdirdə Rusiyanın cavab tədbirlərindən qorxur

Macarıstan Avropa Komissiyasının Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərinin müsadirə edilməsi təklifini dəstəkləməyəcək. Tezadlar.az xəbər verir ki, Baş nazir Viktor Orban bu barədə “Mandiner” jurnalına müsahibəsində bildirib. Orban bəyan edib ki, Moskvanın mümkün cavab tədbirləri Macarıstan şirkətlərinin maraqlarını təhdid edəcək. Oktyabrın 23-24-də Brüsseldə keçiriləcək Aİ sammitində Rusiyanın aktivləri ilə bağlı məsələnin müzakirə olunacağı ehtimal edilir. Siyasətçi […]

Fitso Avropa İttifaqının öz problemlərini həll etmək iqtidarında olmadığını bəyan etdi

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyəti müzakirə etməklə, öz problemlərini həll edə bilmədiyini ört-basdır edir. Tezadlar.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso bu fikri  sosial media platformasında bildirib. “Mən getdikcə daha çox əmin oluram ki, biz Ukraynanı daim müzakirə etməklə Aİ-də öz fundamental problemlərimizi həll edə bilməməyimizi ört-basdır edirik”, – siyasətçi bildirib. Robert Fitso […]

Uzunömürlülüyün bir pis cəhəti: çoxyaşayanların sayı arsa, pensiya yaşı…😥

“Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır…”. Tezadlar.az xəbər verir ki, bunlar Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, […]

2029- cu ildə büdcəmizin xoşbəxt anı: cari xərclər neftdən uzaq duracaq və…

Beləliklə, 2029-cu ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunacağı gözlənilir. Bu isə qeyri-neft gəlirlərinin artımı ilə yanaşı cari xərclərin optimallaşdırılması hesabına mümkün olacaq. Tezadlar.az bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”nə istinadla bildirir ki, büdcə proqnozu buna əsas verir. Belə ki, 2026-cı ildə dövlət büdcəsinin cari […]

Orban Trampla gözlənilən görüşün təfərrüatlarını açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla görüşünün tarixinin artıq müəyyən edildiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, lakin “Mandiner” saytının məlumatına görə, siyasətçi görüşün yerini açıqlamayıb. “Görüş baş tutacaq… Tariximiz var və danışıqların mövzuları təqribən 80 faiz yekunlaşıb. Qalan 20 faizlə bağlı amerikalılarla razılaşa bildiyimiz zaman görüşün nə vaxt elan ediləcəyinə birlikdə qərar […]

Tramp uzunmənzilli silahların Ukraynaya təhvil verilməsini nəzərdən keçirəcək

ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli silahların təhvil verilməsi məsələsini nəzərdən keçirəcəyini vəd edib. Tezadlar.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin saytında yayımlanan mətbuat konfransında bildirib. “Mən bununla bağlı qərar verəcəm” deyən Tramp məsələ ilə bağlı suala cavab verib və “başqa variantları” da araşdırdığını vurğulayıb. ABŞ prezidenti həmçinin vurğulayıb ki, Ukrayna hücuma […]

Orban Macarıstanın Rusiya aktivlərini müsadirə etməkdən imtina etməsinin səbəbini açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, əgər belə bir addım Moskvadan Macarıstan bizneslərinin maraqlarına zərər verə biləcək cavab tədbirləri görərsə, onun ölkəsi Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi təşəbbüsünü dəstəkləməyəcək. Tezadlar.az-ın məlumatına görə, “Mandiner” jurnalına müsahibəsində hökumət başçısı izah edib ki, Rusiyada macar şirkətlərinə qarşı əks tədbirlər həyata keçiriləcəyi təqdirdə Macarıstan üçün […]

Tramp ABŞ-ın Çinlə ticarət müharibəsi apardığını bəyan edib

ABŞ Çinlə ticarət müharibəsi aparır. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib. O, Vaşinqton və Pekin arasında münasibətlərin ticarət müharibəsinə çevrilə biləcəyi ilə bağlı sualı cavablandırarkən, “Hazırda bir yerdəyik” deyib. Oktyabrın 14-də ABŞ-ın idxal edilən taxta-şalban, mebel və mətbəx şkafları üçün yeni tarifləri qüvvəyə minib və bu, […]

Tramp Putinin Ukrayna ilə bağlı niyyətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Rusiya rəhbərliyinin Ukrayna ətrafında münaqişənin həllinə sadiq olduğuna əmin olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında Amerika lideri Rusiya prezidenti Vladimir Putinin vəziyyətin həllinə nail olmaq istədiyinə inandığını bildirib. Tramp həmçinin qeyd edib ki, o, Ukrayna münaqişəsinin həllinin nisbətən asan olduğuna inanır. E.ŞİRİNOV  

Gürcüstanda Azərbaycan dilini “etnik azlıqların dili” adlandıranlara etiraz

İctimai fəal Aygül İsayeva Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hazırladığı təhsil proqramında ana dilimizin adının “etnik azlıqların dili” termini ilə əvəz olunduğu barədə mətbuata açıqlama verib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər portalına verdiyi müsahibəsində o, məsələni ictimailəşdirmək üçün imzatoplama kampaniyasına başlanıldığını bildirib. Aygül İsayeva əlavə edib ki, petisiyanı kifayət qədər insan imzaladıqdan sonra Təhsil […]

Tramp Modinin Rusiyadan neft almasını dayandırmaq niyyətində olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu bildirib. Ağ Evdə keçirdiyi mətbuat konfransında Modi ilə münasibətləri və Ukraynadakı vəziyyəti şərh edən Tramp, “O, bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı. Bu, böyük dayanmadır. İndi mən əmin olmalıyam ki, Çin də eyni şeyi etsin” deyib. Tezadlar.az xəbər verir […]

ABŞ Venesuelada quruda kartel hədəflərinə zərbə endirmək imkanlarını araşdırır

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika ordusu Venesuelada narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən quru hədəflərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. “Mən dəqiq demək istəmirəm, lakin biz quru hədəflərini (vuruş imkanlarını) araşdırırıq, çünki əslində dənizə artıq nəzarət edirik”, – Tezadlar.az xəbər verir ki, Tramp bunu Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patellə […]

İsrail Qəzzada öldürülən daha iki girovun qalıqlarını qəbul edib

İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsindən anklavda öldürülən girovların qalıqlarının olduğu daha iki tabut alıb. Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. Açıqlamaya görə, hərbçilər yaxın vaxtlarda onları İsrailə daşıyacaq və orada məhkəmə-tibb ekspertləri qalıqları müəyyən edəcəklər. Hələlik ölənlərin adları açıqlanmır. Bundan qısa müddət sonra İsrail ordusunun mətbuat […]

Tramp Ukraynanın hücumlara başlamasına razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni raketlərlə hücuma hazırlaşa biləcəyinə razılıq verib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, o, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən belə mövqe ortaya qoyub. ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərindən başqa silahların verilməsini nəzərdən keçirib-keçirməməsi sualına Tramp digər variantları araşdırdığını söyləyib. “Bu barədə […]

Avropa Komissiyasının sədri ilk dəfə Trampa “yox” deyə bilər

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu həftə ilk dəfə olaraq Tramp administrasiyasına istixana qazı emissiyalarının azaldılması ilə bağlı BMT razılaşmasını dəstəkləyərək “yox” deyə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb. ABŞ əvvəllər dəniz emissiyalarının qlobal ümumi həcmin 3%-dən sıfıra endirilməsi planını dəstəkləyən hər hansı ölkə və ya rəsmiləri sanksiyalarla hədələmişdi. […]

Tramp ABŞ-ı Əfqanıstanla müqayisə edib

ABŞ prezidenti Donald Tramp ölkəsində cinayət nisbətlərinin yüksək olduğunu bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Trampın sözlərinə görə, ABŞ-da kriminal vəziyyət Əfqanıstandakından daha pisdir. Bununla belə, Ağ Evin rəhbəri Amerika şəhərlərinin “küçələrini” cinayətkarlardan təmizləyəcəyini vəd edib. “Biz bütün şəhərlərimizi xilas edəcəyik və onları başqa ölkələrdə olduğu kimi cinayətdən təmizləyəcəyik. […]

“Telekom İnvest” provayderi və Ramiz Mehdiyev…

Dostlar, məsləhət verin: iki ildən çoxdur “Telekom invest” provayderin internet xidmətlərindən istifadə edirik. İnsafən, heç vaxt ciddi problemimiz olmayıb. Amma bu gün qəribə hadisə baş verdi: vayfay və “setovoy” vasitəsilə verilən internetlə istənilən sayta, poçta və s. daxil ola bilirik, amma tezadlar.az saytına yox. Bu Ramiz Mehdiyev haqqlnda yayımladığımız yazıdan sonra baş verdi. Provayderin baş […]

Əsl zamanıdır… İndi diqqətlə oxuyun ki…

…2017-ci ildə Əli Həsənovun qılıncının bütün tərəfləri kəsəndə jurnalistlər üçün tikilən 2-ci binanın bölüşdülürməsi məsələsi gündəmdə idi. Birinci binanı o qədər biabırçı, haqsız, əclafcasına bölmüşdülər ki, ikinci binanın da belə bölüşdürüləcəyi istisna deyildi. O zaman məhz evlərin ədalətli bölüşdürülməsi üçün bir məqalə yazmışdım. Məqalədə konkret olaraq mənzillərin jurnalistlər arasında bölünməsinin Əli Həsənov tərəfindən deyil, Mehriban […]

Məhkum olunmuş hakerdən inanılmaz kələk: 15 məhbusun cəzasını azaltdı…

Rumıniyada kiberfırıldaqçılıqda təqsirli bilinən, Tırqu Jiu qraflığındaki islah müəssisəsində cəza çəkən məhkum həbsxananın informasiya sisteminə müdaxilə edərək 15 məhbusun cəza müddətini azaldıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rumıniyanın Din Politica portalı məlumat yayıb. Şübhəli həbsxana xəstəxanasında müalicə olunan zaman idarəçi hüquqları olan bir işçinin hesab məlumatlarına daxil olur. Nəşr xəbər verir ki, Tırqu Jiu-ya qayıtdıqdan […]

Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Günel Aslanlının məruzəsindən Özbəkistan mətbuatı yazıb

 AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı ÖzbəkistanRespublikasının Daşkənd şəhərində keçirilən “Türk Dünyasında Modernləşmə” Beynəlxalq Simpoziumunda iştirak etmişdir. Bu barədə “Təzadlar”a Günel Aslanlı özü məlumat vermişdir.   Qeyd edək ki, bu mötəbər tədbirdə türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alim və tədqiqatçılar XIX–XX əsrlərdə baş vermiş […]

“Məktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə idarəetmənin mahiyyətini anlamaqda yanlış istiqamətdir”

Məktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə idarəetmənin mahiyyətini anlamaqda yanlış istiqamətdir. Problem müddətdə deyil, seçim mexanizmindədir. Əgər rəhbər vəzifəyə peşəkar, liderlik keyfiyyətlərinə malik, idarəetmə bacarığı formalaşmış şəxs gətirilirsə, o zaman onun fəaliyyətinin davamlılığı məktəbin inkişafı üçün üstünlükdür. Təhsil elə bir sahədir ki, burada təcrübə illərlə cilalanır, liderlik isə praktikada formalaşır. Tezadlar.az xəbər verir ki, […]

“Ramiz Mehdiyevin mənə etdiyi pisliklər arasında dəryada bir damla olub, amma edib”

Ramiz Mehdiyevin mənə etdiyi, bəlkə də etdiyi pisliklər arasında dəryada bir damla olub, amma edib. Əvvəllər də bu haqda yazmışdım. 20 il bundan öncə, 2005-ci ilin elə bu vaxtlarında Balakəndə parlament seçkilərilə bağlı seçki kampaniyası keçirirdik.  Deputat seçilmək şansım çox yüksək idi. Hər şey əlaydı. Əsas alternativim də Rəbiyyət Aslanova idi. Ramiz Mehdiyevin ən yaxın […]

16 yaşlı tələbə qız huşsuz vəziyyətdə tapılıb

Bərdədə 16 yaşlı tələbə qız Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin sanitar qovşağında huşsuz vəziyyətdə tapılıb. Tezadlar.az  xəbər verir ki, təhsil mərkəzində təhsil alan 16 yaşlı qız sanitar qovşağından uzun müddət çıxmadığına görə, narahat olan tələbə yoldaşları onu orada huşsuz vəziyyətdə aşkar edib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağrılıb. Həkimlər onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına […]

Danimarkada Zəfərin 5-ci ildönümünə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirilib

Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib. Tezadlar.az   xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı və İsveçdə yaşayan azərbaycanlı […]

9 ayda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat təşkil edib. Bu barədə Tezadlar.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz çoxdur. Ümumi dəyərin 78,7 faizini pərakəndə ticarət dövriyyəsi, 17,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, […]

Hikmət Hacıyev Günter Sautter ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial şəbəkə hesabında paylaşım edib. Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub: “Regionda yaranmış yeni sülh dövrü […]

Polad Həşimovun adına yaraşmayan küçə…

Yaxud, şəhidlərin abidəsinin yanında zibillik və 221 nömrəli məktəbə gedən yolda uşaqlar üçün təhlükə… Milli Qəhrəman Polad Həşimovun adını daşıyan küçə bu gün təəssüf ki, qəhrəmanın adına layiq vəziyyətdə deyil. Burada yaşayan sakinlər həm zibil üfunəti, həm də yol təhlükəsi ilə hər gün üz-üzədirlər. Bəli, canını Vətən uğrunda fəda etmiş bir şəhidin adına olan küçə, […]

Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?

 Xəzər Universitetinə həm ölkə daxilindən, həm də xarici ölkələrdən çoxlu saydaistedadlı, öz üzərində çalışan bakalavr, magistr və doktorantura dərəcələri üzrə tələbəqəbul olunur və onlara dərs demək üçün Türkiyə, İran, Pakistan.. əsilli və digərölkələrdən tanınmış elm adamları işə cəlb edilir… Bu günlərdə ABŞ–ın Kaliforniya ştatında yerləşən və dünyanın ən məşhur Ali təhsilocaqlarından olan Stanford Universitetinin açıqladığı […]

Ramil Həsən daha deputat deyil…

Bu gün Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb. Tezadlar.az- ın xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Ramil Həsən MSK-ya müraciət edib. Ramil Həsən müraciətində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib və sənədlər araşdırılaraq Ramil Həsənin deputat […]

ATƏT-in fəaliyyətdə olan sədri İlham Əliyevlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xankəndi, Ağdərə və Xocalıya 65 milyon manatdan çox özəl investisiya yatırılıb

“Bu günə qədər özəl investorlar tərəfindən Qarabağ regionuna 65 milyon manatdan çox vəsait yatırılıb və bütün bu vəsaitlər Xankəndi, Ağdərə və Xocalıda yeni iş yerlərinin yaradılmasına yönəldilib”. Tezadlar.az xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası xüsusi nümayəndəsi Elçin Yusubov III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində keçirilən “Qarabağda inklüziv, ekoloji […]

22 milyonluq tenderi xarici şirkətin Azərbaycandakı filialı udub

“Naxçıvan Yol Təchizat” MMC tərəfindən elan olunan tenderin nəticələri açıqlanıb. TEZADLAR.AZ xəbər verir ki, tender Naxçıvan şəhəri, Culfa, Şərur və Babək rayonları ərazisində yerləşən bir sıra qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərini əhatə edir. Tenderin qalibi “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1500968811) olub. Müqavilənin ümumi dəyəri […]

“Ülvi Aslanov müsahibəsində ölkənin İT və startap ekosistem tarixini təhrif edib – bu ədalətsizlik və… “

Təxminən 30 ildir ki, bu sektordayam. İKT-nin, rəqəmsallaşmanın, startap və innovasiya ekosisteminin son 30 illik tarixi gözümüzün önündə formalaşıb və biz də dostlarla, tərəfdaşlarla birlikdə bu tarixin yaradılmasında iştirak etmişik. Yaxşı günlər də olub, çətinliklər də. Bu gün dostlar bir link göndəriblər mənə. Code Academy-in direktoru, dostumuz Ülvi Aslanovun müsahibəsidir. Baxıram ki, müsahibədə ölkənin İT […]

“İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi tarixdir. 22 il öncə ilk dəfə Prezident seçilən zamanı dövlət başçımızın müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı […]

Azərbaycanda qızıl-gümüş hasilatı artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 349,0 kq qızıl və 2 984,3 kq gümüş hasil edilib. Tezadlar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, , ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 34,1 faiz və ya 596,9 kq, gümüş hasilatı isə 29,3 faiz və ya 676,3 kq artıb. Cari ilin oktyabr ayının 1-nə […]

Ramiz Mehdiyevi ən azı 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir və…

…Bu tarixin ibrət dərsidir, amma başa düşənlər üçün! Beləliklə, Prezident Administrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu barədə vəkil Pərviz Məmmədov məlumat yayıb. Tezadlar.az xatırladır ki, vəkilin sözlərinə görə, R.Mehdiyevə Cinayət […]

İrakli Kobaxidze Tbilisidə səfərdə olan ATƏT sədrilə görüşdən imtina etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəyə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı rəsmi bəyanatda məlumat verilib. Bəyanatda qeyd olunur ki, görüşün ləğvinə səbəb Elina Valtonenin “qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar verməsi” olub. […]

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurası üzvlərinin və rektorun təqdimat mərasimi

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasınınüzvlərinin və rektorunun təqdimat mərasimi 17 oktyabr 2025-ci il tarixində universitetin Neftçilər korpusundakı Mərmər Salonda keçiriləcək. Universitetdən “Təzadlar”a bildirilib ki, tədbirdə universitetin təsisçisi və ilk rektoru, Direktorlar vəQəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, eləcə dəŞura üzvləri, akademik heyət, diplomatik korpusunnümayəndələri, məzunlar və digər qonaqlar iştirak edəcəklər.  Mərasimdə Xəzər Universitetinin tarixi […]

Prezident “III Azərbaycan Milli Şəhərsalma Forumu” iştirakçılarına müraciət ünvanlayıb

Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezident İlham Əliyevin müraciəti oxunub. Tezadlar.az xəbər verir ki, müraciəti Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib. Müraciətdə işğaldan azad edilmiş ərazilərdə görülən tikinti-quruculuq prosesi, görülən işlər xüsusi vurğulanıb. Şəhərsalma baxımından görülən işlərin əhəmiyyəti diqqətə çatdırılıb: “Hörmətli Forum iştirakçıları! Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun […]

Xalq artisti Ramiz Quliyev vəfat etdi

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə tezadlar.az- a tarzənin oğlu Əyyub Quliyev məlumat verdi. Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Qeyd: Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına […]

Tramp İspaniyanı ticarət sanksiyaları ilə hədələyir

Ötən həftə ABŞ prezidenti İspaniyanın NATO-dan çıxarılmalı olduğunu bəyan edib. Tezadlar.az “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 14-də İspaniyanın müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etdiyi üçün ona qarşı ticarət sanksiyaları tətbiq etməyi düşündüyünü açıqlayıb. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında “İspaniyadan çox narazıyam. O yeganə ölkədir ki, müdafiə xərclərini 5%-ə […]

Ermənistanda həbsdə olan iş adamı Karapetyana dəstək aksiyası keçirilib

Ermənistanda ölkədə həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyana dəstək üçün etiraz aksiyaları keçirilib. Tezadlar.az xəbər verir ki, REN TV aksiyanın görüntülərini dərc edib. Bu, yüzlərlə insanın həbs olunan iş adamı ilə həmrəyliklərini ifadə etmək üçün toplaşdığını göstərir. Onlar ona dəstək şüarları səsləndirib və küçələrdə yürüş ediblər. Həmrəylik aksiyaları axşam saatlarına qədər davam edib. İzdihama […]

Tramp Kirki Prezident Azadlıq Medalı ilə təltif edib

Oktyabrın 14-də ABŞ prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp mükafatı siyasi fəalın dul həyat yoldaşı Erika Kirkə təqdim edib. “Çarlz Ceyms Kirk uzaqgörən və öz nəslinin ən böyüklərindən biri idi”, – Tramp mərasim zamanı […]

Ramiz Mehdiyevin ittiham edildiyi maddələr: dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və….

Ramiz Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub. Tezadlar.az  xəbər verir ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə […]

İsrail Qəzzada 4 girovun qalıqlarını qəbul edib

Qəzza zolağındakı İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsindən girovların qalıqlarının olduğu 4 tabut alıblar. Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. İdarənin məlumatına görə, hərbçilər hazırda qalıqları İsrailə aparır və orada şəxsiyyətlərinin müəyyən edilməsi üçün Milli Məhkəmə Ekspertizası Mərkəzinə təhvil veriləcək. “İdentifikasiya başa çatdıqdan sonra rəsmi açıqlama veriləcək”, […]

Bəxtiyar Sadıqova da cinayət işi başlanmalıdır ki…

Ölkənin hüquq mühafizə orqanları gec də olsa, Ramiz Mehdiyevə cinayət işi başladı və ona ev dustaqlığı qətimkan tədbiri seçildi… “Təzadlar” dəfələrlə yazıb və araşdırmaları ilə sübutları ortaya qoyub ki, Ramiz Mehfiyev 20 il Bəxtiyar Sadıqovu, 25 illiyinə də Bəxtiyar Əliyevi Ağdama deputat etdirməklə rayon əhalisinə bu iki adamla təmsil edilməyin həqarətini ortaya qoymuşdur. Bu azmış […]

Avropa Rusiyanın zəifləməsindən danışdı

Finlandiyalı professor Tuomas Malinen sosial media saytında verdiyi açıqlamada, Avropanın “dərin dövləti” adlanan dövlətin Rusiya Federasiyasını zəiflətmək məqsədinə çata bilmədiyini bildirib. O hesab edir ki, bu qeyri-rəsmi strukturlar daxilində müəyyən dairələr Rusiyanın tənəzzülünə ümid bəsləmiş ola bilərdi, amma reallıq bunun əks dinamikasını nümayiş etdirdi. Tezadlar.az xəbər verir ki, ekspertin sözlərinə görə, hazırda ölkənin döyüş hazırlığı […]

20 və 25 illiyə Ağdamın deputatı olan Bəxtiyarların Ramiz Mehdiyevinə ev dustaqlığı!

…Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Tezadlar.az- ın məlumatına görə, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 […]

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür. Tezadlar.az xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik […]

Kiyev elektrik kəsilməsinin səbəbini açıqlayıb

Kiyevin üç rayonunda yüksək gərginlikli elektrik xəttinin sıradan çıxması səbəbindən elektrik enerjisi kəsilib. Tezadlar.az xəbər verir ki, Ukraynanın energetika şirkəti DTEK Telegram kanalında fasiləni belə izah edib. “Kiyev: Peçerski, Holosiivski və Şevçenkivski rayonlarında yüksək gərginlikli elektrik xəttinin sıradan çıxması səbəbindən fasilələr yaranıb”, – məlumatda deyilir. Dneprovski və Darnitski rayonlarında da elektrik enerjisi kəsilib. Artıq elektrik […]

Tramp “Tomaqavk” haqqında zarafat edib

ABŞ prezidenti Donald Tramp zarafatla argentinalı həmkarı Xavyer Milleyə “Tomaqavk” qanadlı raketlərini təklif edib. O, prezidentin onlardan müxalifətə qarşı istifadə edə biləcəyini təklif edib. Tezadlar.az TASS-a istinadən xəbər verir. Agentliyin məlumatına görə, prezidentlər arasında görüş oktyabrın 14-də Ağ Evdə keçirilir. Tramp söhbət zamanı qeyd edib ki, Vladimir Zelenski oktyabrın 17-də ona baş çəkəcək və silah, […]

NATO Rusiyanın müharibə zamanı zirehli texnikasında böyük itkilər verdiyini açıqlayıb – MEDİA

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri həm şəxsi heyət, həm də texnika baxımından əhəmiyyətli itkilər verib. O cümlədən, Moskva min döyüş tankını itirib. Tezadlar.az xəbər verir ki, “RBC-Ukrayna”nın məlumatına görə, NATO-nun yüksək rütbəli rəsmisi bu rəqəmlərə istinad edib. Adını açıqlamayan NATO rəsmisi bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı 4000-9000 döyüş tankı itirib. […]

Tramp Argentinanı kommunistlərin qələbəsinə qarşı xəbərdar etdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Argentinada kommunistlər və ya sosialistlər hakimiyyətə gələrsə, Vaşinqton Latın Amerikası ölkəsi ilə iqtisadi əməkdaşlığa yenidən baxmaq niyyətindədir. Tezadlar.az xəbər verir ki, siyasətçi bu barədə Argentina lideri Xavyer Mayli ilə görüşü zamanı bildirib. O, bildirib ki, Amerikanın bu məsələyə razılıq verməsi qarşıdan gələn parlament seçkilərindən birbaşa asılıdır. Nümunə kimi […]

Tramp NATO ölkəsini cəza ilə hədələyib

İspaniya NATO müdafiəsini alır, lakin alyansa hörmətsizlik edir, buna görə ölkə cəzalandırılmalıdır. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Xavyer Mayli ilə Ağ Evdə görüşü zamanı deyib. O bildirib ki, İspaniya müdafiə xərclərini ÜDM-in beş faizinə qədər artırmayan yeganə NATO ölkəsidir. Bunun üçün ölkə tariflərlə cəzalandırılmalıdır. “İspaniya, istəməsələr belə, avtomatik olaraq […]

“Meta” 18 yaşdan kiçiklər üçün yeni məhdudiyyətlər tətbiq edir

“Meta” şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin yalnız “13 yaş və üzəri” üçün nəzərdə tutulmuş məzmunlarla qarşılaşacağını açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub. Yeni qaydaya əsasən, bu tənzimləmələr valideyn icazəsi olmadan dəyişdirilə bilməyəcək və ilin sonuna qədər bütün ölkələrdə avtomatik tətbiq ediləcək. Bildirilib ki, yetkinlərə yönəlik cinsi, alkoqollu, təhlükəli və […]

93 yaşında ata, 37 yaşında ana – Levin ailəsinin qeyri-adi hekayəsi

Avstraliyada 93 yaşlı həkim Con Levin 37 yaşlı həyat yoldaşı Yanin Lu ilə birlikdə oğul övladı sahibi olub. Yaş fərqinə baxmayaraq, cütlük ikinci uşaq dünyaya gətirməyi planlaşdırır. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, cütlük koronavirus pandemiyası dövründə övlad sahibi olmaq qərarına gəlib. 2024-cü ilin fevral ayında Levin və həyat yoldaşı Yanin Lunun oğlu Qabbi dünyaya gəlib. […]

Tovuzda dəmir yolunu qadağan olunmuş yerdən keçən şəxs faciəvi şəkildə ölüb

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları”- dan Tezadlar.az-a bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd […]

Ruben Vardanyan işi üzrə məhkəmə prosesi davam edib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 14-də davam etdirilib. Tezadlar.az bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət […]

ABŞ Prezidenti Tramp Qəzza ilə bağlı yeni mərhələni elan etdi

ABŞ Prezidenti Donald Tramp Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan edib. Tezadlar.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. “İyirmi girovun hamısı geri dönüb və özlərini yaxşi hiss edirlər. Böyük bir yük götürülüb, lakin iş başa çatmayıb. Ölülər vəd edildiyi kimi, geri qaytarılmayıb! İkinci faza elə indi başlayır!” – […]

Baş nazir Lekornyu: “Pensiya islahatını prezident seçkilərinə qədər donduracağıq”

Fransada pensiya islahatının həyata keçirilməsi 2027-ci ilin yazına planlaşdırılan yeni prezident seçkilərinə qədər dayandırılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyen Lekornyu Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətin ümumi siyasəti ilə bağlı bəyanat verərkən bildirib. “Hökumət pensiya sistemimizin gələcəyi ilə bağlı yeni müzakirəyə hazırdırmı? Cavab “hə”dir. Ölkənin ən böyük sərvəti onun kollektiv şəkildə […]

Musiqi tarixinin ən çox satılan albomu: “Thriller” fenomeni 100 milyon həddi keçdi

Dünyada musiqi trendləri hər həftə dəyişir, albomlar isə bir ay ərzində unudulur. Lakin bir rekord hələ də əlçatmaz zirvə olaraq qalır. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu rekorda sahib olan şəxs əfsanəvi Maykl Cekson və onun “Thriller” albomudur. Onun kommersiya uğurunu hətta rəqəmsal dövrün ən məşhur layihələri belə təkrarlaya bilməyiblər. 1982-ci ilin payızında […]

Zelenski Odessa merinin Ukrayna vətəndaşlığını ləğv etdi

Ukraynanın Odessa şəhərinin hazırkı meri Gennadi Truxanovun Rusiya vətəndaşlığı və bu ölkə ilə əlaqələri aşkar olunub. Tezadlar.az-ın məlumatına görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin təqdim etdiyi sənədlər əsasında merin vətəndaşlığına xitam verib. Mer ilə bağlı araşdırma başlanılıb. Eyni zamanda Odessa şəhərinin idarəçiliyi üçün yeni şəhər hərbi administrasiyası yaradılır, onun idarəsi isə hazırda […]

Yevlaxda gəncin meyiti tapılıb

Yevlaxda meyit tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əlizadə Sadiq Novruz oğlunun meyiti yaşadığı evin həyətindəki ağacın altında aşkar edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

“Zalda idim, amma gördüklərim fərqli idi” – Natiq Cəfərli Əli Kərimliyə cavab verdi

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AXCP sədri Əli Kərimlinin yalanını üzə çıxarıb. Tezadlar.az xəbər verir ki, bu barədə N.Cəfərli sosial media hesabında paylaşım edib. Belə ki, bu gün Əli Kərimlinin Praqada, Forum 2000 tədbirində videoçıxışı olub. AXCP sədri bununla bağlı görüntüləri feysbuk hesabında paylaşıb. Əli Kərimli paylaşımlarında fotoşopla Çexiyanın sabiq prezidenti […]

Qaydanı kobud pozan “Niva” sürücüsü dəhşət saçdı

Sosial şəbəkədə “Niva” markalı avtomobilin sürücüsünün təhlükəli idarəetmə görüntüsü yayılıb. Tezadlar.az xəbər verir ki, yaşayış məntəqəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü dəhşət saçıb. Xoşbəxtlikdən yaxınlıqda məhəllə sakinlərindən heç kim olmayıb. Sözügedən video böyük narazılıq doğurub. Onun hansı səbəbdən bu qayda pozuntusuna yol verdiyi hələki məlum deyil.

Bakıda ictimai nəqliyyatda bank kartı ilə ödəniş sistemi çökdü

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb. Tezadlar.az xəbər verir ki, bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur. Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib. Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur.

Rustaveli Teatrında Azərbaycan səhnə sənətinə həsr olunmuş “Şükriyyə” tamaşası təqdim edildi

Tbilisidə “Şükriyyə” tamaşası nümayiş olunur. Tezadlar.az xəbər verir ki, Gürcüstanın paytaxtında, Şota Rustaveli adına Milli Teatrda bu gün Azərbaycan səhnə sənətinə həsr olunmuş növbəti mədəni tədbir keçirilir. Saat 19:00-da tamaşaçılara yazıçı Cavid Zeynallının eyniadlı əsəri əsasında hazırlanmış “Şükriyyə” tamaşası təqdim olunur. Tamaşa istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin ağır sürgün taleyinə həsr olunub. […]

Zəngəzur dəhlizinin yeni xəritəsi təqdim olundu – kosmik görüntülər əsasında

“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Tezadlar xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib. O, deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə, həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik […]

Azərbaycan hərbçiləri “Birlik – 2025” regional təlimində iştirak edir

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini […]

Niyə qatarlarda təhlükəsizlik kəməri yoxdur?

Mütəxəssislər izah ediblər ki, qatarların təhlükəsizlik sistemi avtomobil və təyyarələrdəki kimi deyil və bunun elmi əsasları var. Avtomobil, təyyarə və avtobuslardan fərqli olaraq, qatarlarda sərnişinlər təhlükəsizlik kəməri ilə bağlanmır. İlk baxışda bu qəribə görünə bilər, axı qatarlar da yüksək sürətlə hərəkət edir. Tezadlar.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bu, təhlükəsizlik sistemindəki boşluq […]

Frank Lebofanın qızı Ceyd Mavrikidən cazibədar fotolar paylaşdı

“Çelsi”nin keçmiş ulduzu Frank Lebofanın qızı Ceyd heç vaxt kameradan utanmır. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, o, Mavrikidə çimərlik geyimində çəkilmiş silsilə fotoları “Instagram” səhifəsində yerləşdirib. Model cazibədar pozalar verərək izləyicilərinin diqqətini çəkib. Ceyd peşəkar modeldir və hətta 2016-cı ildə premyerası olan “Əbədilər” filmində də rol alıb. Ceyd indi atası qədər məşhurdur.

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda- FOTO

…2025-ci ilin 8-11 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV Beynəlxalq konfrans keçirilmişdir. Tezadlar.az xatırladır ki, Konfrans Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə təsədüf etdi. Konfrans MDB-nin iştirakçı-dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin, Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin, […]

Aysel Şükürün “ayrılıq” paylaşımı həqiqət deyilmiş – səbəbi açıqlandı

Bloger Aysel Şükür son paylaşımı ilə izləyicilərini çaşdırıb. Tezadlar.az xəbər verir ki, o, həyat yoldaşından ayrıldığı** barədə yazı paylaşsa da, daha sonra bunun həqiqət olmadığını açıqlayıb. Aysel bildirib ki, həmin paylaşım iştirak etdiyi “Doğruluq və cəsarət” oyununun şərti olub: “Paylaşımı oyunun bir hissəsi kimi etmişdim. Sadəcə şərti yerinə yetirirdim”. Bloger əlavə edib ki, oyunun qaydalarına əsasən, paylaşım sonrası […]

Bulvarda attraksionlar fəaliyyətə başladı: bilet terminalları quraşdırılıb

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan birdəfəlik istifafə üçün bilet qiyməti dörd manat təşkil edir. Tezadlar.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib. Bildirilib ki, yeni attraksionlar – əvvəlki yerində fəaliyyətə başlayır. Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub. “Kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal […]