Ötən gün İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina partlayışı olub...

Tezadlar.az xatırladır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"a verilən məlumatda deyilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

İndiyədək Ermənistan hərbçilərinin vaxtilə Qarabağ bölgəsində basdırdığı minaların qurbanlarının sayı durmadan artır. Minə yaxın vətəndaşımız bu mina partlayışından həlak olmuş və ağır yaralanmışdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN