ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Tezadlar.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Ermənistanda isə bəzi qüvvələr bu prosesə mane olmaq üçün cəhdlər etməkdədir. Həmin qüvvələr Paşinyanın istefası çağırışlarından belə əl çəkmirlər. Ermənistanın hazırkı siyasi rəhbərliyi isə sülh sazişini daha tez imzalamaq və Rusiyanın asılılığından xilas olmaq üçün bütün səylərini səfərbər edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN