…Azərbaycanın paytaxtı Bakı yəqinki dünyada yeganə şəhərdir ki, küçələri ya parkovkalaşdırılıb, yaxud avtomobil saxlanılması üçün qadağalanıb (dayanma-durma qadağandır), həyətləri isə şlaqbaumlaşdırılıb.

Hara gedirsən, AYNA-nın parkovka lövhələridir. Qabaqlar küçələri Hacıbala Abutalıbovun çilçiraqları, ya da bu çilçıraqlardan asılan mövsümi çiçək dibçəkləri bəzəmiş olardı. İndi isə…

***

 Bu payızda SOP29 beynəlxalq tədbirinə gələn mötəbər qonaqları qarşılamağa hazırlaşan şəhərdə yəqinki əlavə qonaqlar da az olmayacaq. Onları müşaiyət edən avtomobil sahibləri 3-5, 10-20 dəqiqəlik dayanmalara görə ya özünə yer tapmayacaq, ya da parkovkalara görə pul ödəməli olacaq. Və əcnəbi qonaqlar da belə başa düşəcək və gedib öz ölkələrində yazmaqda haqlı olmayacaqmı ki, neft- milyonlar şəhəri olan bir paytaxda şəhəri hamıya icarəyə veriblər?! Və sonra yazanda ki, bu şəhərin sakinləri öz doğma şəhərində kirayənişindir, bax onda məsələ mübahisəli olacaq.

***

 Bax bu əcaib sualları da qoyaq bir kənara. Gəlirəm mətləbə: bir neçə gün əvvəl Bəxtiyar Vahabzadə küçəsində avtomobili saxlayıb tələb olunan məcburiyyətlə parkovka məqsədilə 1181-ə mesaj göndərdim.

 Məlumdur ki, AYNA rəhbərliyi 15 dəqiqəni pulsuz edib (lövhələrində belə yazılıb). Mən də bunu nəzərə alıb işimi tez-tələsik görüb avtomobilə yaxınlaşdım, «SON» yazıb 1181-ə göndərdim.

 Beləliklə, 15 iyul 2024-cü il tarixdə, saat 09:18-də avtomobili parkovka edirəm, 09:34-də isə «SON» yazıb yola düzəlirəm (mesajların fotosurəti təqdim edilir).

c

c

c

Dərhal mənə mesaj gəlir ki, balansınızdan 70 qəpik çıxıldı.

 Hesablayıram: 09:34-0918=16 dəqiqə. 15 dəqiqə pulsuzdursa, belə çıxır ki, 16-15=1 dəqiqəyə görə (mesaj yazmaq üçün telefonun açılmasına, mesaj yerini tapana və mesaj yazana kimi bəzən ən azı 2-3 dəqiqə vaxt itir) 70 qəpik ödəmək lazımdır. Əgər 1 saatlıq parkovkaya görə 70 qəpik ödəmək lazımdırsa, deməli, 1 dəqiqəyə görə də uyğun tariflə pul çıxılmalıdır.

 Bu nə anlaşılmazlıq, yaxud sürücülərə kələk gəlmədir, gəlin bunun izahını tapaq.

Məsələ ilə bağlı AYNA-nın aidiyyəti qurumuna müraciət edilib. İnanırıq ki, bu suala qanuni və məntiqli cavab veriləcək.

Sonda: cərimələmək igidlik deyil, çünki cərimələnən sürücülərin böyük əksəriyyətinin övladları AYNA təsis edilməyəndə belə Qarabağ cəbhəsində öz igidliyini ortaya qoyub!

A.Məmmədli   

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN