Tarixçi alim Boran Əzizin «Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər» kitabı təqdim edildi…

Bu gün Azərbaycan Mətbuat Şurasında tarixçi alim Boran Əzizin «Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər» kitabı oxuculara təqdim olundu.

 Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid kitab haqqında qısa məlumat verdi. Sonra moderatorluq «525-ci qəzet»in redaktoru, araşdırmaçı jurnalist Seyfəddin Hüseynə həvalə olundu. S.Hüseyn tariximizin gizli və qara, həm də qaranlıq səhifəsini arxiv materialları ilə özündə əks etdirən kitabın əvəzolunmaz elmi-siyasi əhəmiyyətindən bəhs etdi.

Daha sonra professor Qulu Məhərrəmli, professor, neftçi-alim Yusif Səmədov, tarix elmləri doktoru Nigar Gözəlova, jurnalist Asif Mərzili, rəssam Tərlan Eyvazov, Ağdam RİH başçısının sabiq birinci müavini Akif Məmmədov və başqaları çıxış edərək kitabın dəyəri barədə fikirlərini söylədilər…

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

b-1-3

Xatırladırıq ki, kitabda Ağdam rayonu Mərzili və bəzi başqa kənlərindən günahsız yerə «qırmızı terror»un qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların-geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır.

Tarixşünaslığımızda iniyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçularının kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir. Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Hesab edirik ki, araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq.

***

Kitabın müəllifi, tari xçi alim Boran Əzizli kitaba yazdığı «Ön söz»ündə deyir: «Ümumbəşəri dəyərləri qəbul edərək, özünə hörmət edən heç bir dövlət tarixində ləkə olan repressiya, işgəncə faktına biganə qalmır, onu gizlətmir. Buna görə, onun tezliklə təmizlənməsi həm xalq, həm də dövlət üçün çox vacibdir. Bu səbəbdən, Azərbaycan dövləti problemi araşdırmaq üçün tədqiqatçılara hər cür şərait yaratmışdır. Bə­zi­lə­ri səhv ola­raq, be­lə he­sab edir ki, rep­res­si­ya yal­nız 1930-cu il­lər­də, xü­su­sən 1937-1938-ci il­lər­də ol­musdur. An­caq aska­ra çıxarı­lan ar­xiv ma­te­ri­al­la­rı bu­nun döğ­ru ol­ma­dı­ğı­nı gös­tə­rir. Yüz min­lər­lə ada­mın ta­le­yin­də də­rin iz bu­ra­xan So­vet reprssiyası Azər­bay­can­da, əs­lin­də, Cüm­hu­riy­yə­tin dev­ril­di­yi 1920-ci ilin ap­re­lin­dən, Və­tə­ni­mi­zin XI Qır­mı­zı Or­du tə­rə­fin­dən isğa­lı günündən basla­mışdır. Be­lə ki, tək­cə 1920-ci ilin ap­re­lin­dən 1921-ci ilin mayı­na qə­dər bol­şe­vik­lər Azər­bay­can­da 48 min ada­mı məhkəməsiz, istintaqsız gül­lə­lə­misdir. (27, 6). Hal­bu­ki, rep­res­si­ya­nın tüğ­yan et­di­yi 1934-cü il yan­varın 1-­dən 1939-cu il yan­varın 1-nə kimi Azər­bay­can­da 27458 nə­fər “pan­tür­kist”, “pa­nisl­mist”, “ək­s-in­qi­lab­çı”, “an­ti-­so­vet” və s. fəa­liy­yət­lə­rə gö­rə cəza­lan­dı­rıl­mısdır. (Rə­qəm­lər Döv­lət Təh­lü­kə­siz­li­yi Xid­mə­ti­nin arxivin­dən gö­tü­rül­müsdür. –B.Əziz)

Bəzi araşdır­ma­lar və ümu­mi­ləsdi­ril­miş əsər­lər­də bu rə­qəmin 29 min nə­fər ol­du­ğu gös­tə­ri­lir. (26, 385). Be­lə­lik­lə, rep­res­si­ya­nı yal­nız 30-cu il­lə­rə aid et­mək doğ­ru de­yil. Ar­xiv sə­nəd­lə­ri­nin, rep­res­si­ya­ya mə­ruz qa­lan­la­rın is­tin­taq materialları­nın təh­li­li gös­tə­rir ki, qır­mı­zı ter­ror Və­tə­ni­mi­zin isğal olundu­ğu 1920-ci il ap­relin 28-dən 1953-ci il­in or­ta­la­rı­na­dək, hə­ya­ta keçirilmişdir. Bu il­lər ər­zin­də gü­nah­sız ye­rə gül­lə­lən­lər və sür­gün edilən­lə­rin sa­yı təd­qi­qat­çı­la­rın bir qis­mi­nin fik­rin­cə 70 min, digərlərinin fik­rin­cə isə 100 min­dən çox ol­musdur. (26, 384). Sta­li­nin və­fa­tın­dan son­ra qə­bul edi­lən “Şəx­siy­yə­tə pə­rəs­tiş və onun zə­rər­li nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı” haq­qın­da­kı qə­ra­ra uyğun ola­raq, gü­nah­sız ye­rə gül­lə­lən­miş və sür­gün edil­miş yüz minlər­lə in­sa­nın xa­ti­rə­si­ni əbə­di an­maq üçün bir ili sim­vol ki­mi götürmək qə­ra­ra alın­mısdı. SSRİ-də bu pro­ses 1937-ci il­də özü­nün əha­tə dai­rə­si və da­ha çox in­san­la­ra tət­biq edil­mə­si ba­xı­mın­dan, di­gər il­lər­dən fərq­lən­misdi. Bu sə­bəb­dən, 1937-ci il sim­vo­lik ola­raq, “Repres­si­ya ili” ki­mi qə­bul edil­misdir. Azər­bay­ca­nı­mı­za Xu­du Məm­mə­dov, Yu­sif Sə­mə­dov, Mi­sir Rə­hi­mov, Şah­lar və Rüs­təm Əzi­zov­lar, Za­bil Bay­ra­mov, Çingiz Mustafayev, Va­leh Bax­şə­li­, El­çin Xı­dı­rov, Ni­gar Gö­zə­lo­va və basqa tanınmış alim­lər, Fey­ruz və Şə­mil Müs­ta­fa­yev, Mi­ka­yıl Gö­zə­lov ki­mi res­pub­li­ka­da ta­nı­nan ic­ti­mai-si­ya­si xa­dim­lər, xü­su­si xid­mət or­qa­nı­nın ge­ne­ra­lı rütbəsinə və Milli Təhlükəsizlik nazirinin müavini və­zi­fə­si­nə yük­səl­miş Tofiq Ba­ba­yev, iyir­mi al­tı ya­şın­dan bir sı­ra ra­yon­la­rın po­lis şö­bə­si­nə basçı­lıq et­miş Rafayıl Əzi­zov, Bi­rin­ci Qa­ra­bağ mü­ha­ri­bə­sin­də beş oğ­lun­dan üçü dö­yüslər­də qəh­rə­man­ca­sı­na şəhid ol­sa da, di­gər oğ­lu­nu da dö­yü­şə gön­də­rən İmran Niyaz oğlu Əliyev ki­mi də­ya­nət­li ki­şi ye­ti­rən, tə­əs­süf ki, hə­lə də la­zı­mın­ca qiy­mət­lən­di­ril­mə­yən gö­zəl etnoq­ra­fik ro­man­lar mü­əl­li­fi, Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üz­vü, Xan­kən­di Pe­do­qo­ji İns­ti­tu­nun mü­əl­li­mi, ta­rix elm­lər na­mi­zə­di, do­sent Şah­lar Hə­sə­noğ­lu, is­te­dad­lı fır­ça us­ta­sı, Azər­bay­can və RSFSR-in əmək­dar rəs­sa­mı Əsgər Məmmədov, mu­ğam­la­rı­mı­zın gö­zəl ifa­çı­sı, əmək­dar ar­tist Se­vinc Sa­rı­ye­va, is­te­dad­lı şa­ir, Pre­zi­dent tə­qa­üd­çü­sü Ramil Mərzili, xeyli sayda gözəl şeirlər müəllifi olan istedadlı qələm sahibləri bəxş edən Ağ­dam ra­yo­nu­nun Mər­zi­li kən­di adam­la­rı­nın mərd­li­yi, əmək­se­rər­li­yi, haq­se­vər­li­yi, el­mə, bi­li­yə can at­ma­la­rı ilə xü­su­si ad qa­za­nmışdır.     

Bu kənd Azərbaycanımıza iyirmi ildən yuxarı “ Mədəni maarif ” jurnalına rəhbərlik etmiş, atası və əmisi repressiya qurbanı olmuş , tarix elmləri namizədi, dosent, əməkdar jurnalist Müstəcəb Muradov, uzun illər AzTv-də “Elm” ,”Sağlamlıq“ verilişlərinin baş redaktoru vəzifəsində çalışmış Filologiya elmləri namizədi Rüstəm Əzizov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili,  tərcüməçi, gözəl esselər sahibi, ”Dünya ədəbiyyatı” dərgisinin redaktoru Seyfəddin Hüseyn, Rizvan Əhmədov kimi xeyli sayda  tanınmış yurnalistlər bəxş etmişdir. Tə­sa­dü­fi de­yil ki, kən­din öv­lad­la­rın­dan bir nə­fər EA-nın müx­bir üz­vü, yed­di nə­fər elm­lər dok­to­ru, 23 nə­fər elm­lər na­mi­zə­di, iki nə­fər isə So­sia­list Əmə­yi Qəh­rə­ma­nı ol­musdur. Bu kən­din bol­şe­vik re­ji­mi ilə ba­rısma­yan ki­şi­lə­ri ona qar­şı imkan­la­rı da­xi­lin­də qa­nı, ca­nı ba­ha­sı­na ol­sa da, mü­ba­ri­zə apar­mıslar. Tə­sa­dü­fi de­yil ki, mil­li azad­lıq hə­rə­ka­tı­mı­zın IV döv­rü­nün 1920-1930-cu il­lə­rin­də­ki mər­hə­lə­sin­də so­vet isğal re­yi­mi­nə qar­şı giz­li mü­ba­ri­zə apa­ran Mü­sa­vat par­ti­ya­sı­nın özək­lə­rin­dən bi­ri də Ağ­dam ra­yo­nu­nun Mər­zi­li kən­din­də olmuşdur. Mərzilidəki etibarlı adamlar, Cümhuriyyət ideyala­rına bağlı kişilər haqqında məlumat Məhəmməd Əmin Rəsulzadənin Yevlaxlı Qambay ağaya yazdığı məktubda da yer almışdır. Vətənimizdə sovet işğal rejiminə qarşı aparılan mübarizənin formalarından biri də gizli təşkilatların yaradılması və orada fəaliyyət göstərilməsi olmuşdur. Ötən yüzilliyin 60-cı illərinin sonu – 70-ci illərin əvvəllərində belə gizli təşkilatda fəaliyyət göstərən şəxslərdən biri də Ağdam rayon Mərzili kənd sakini, o dövrdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi, sonralar Mərzili kənd orta məktəbində direktor, müstəqilliyimizin ilk çətin illərində Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Akif Şöhlət oğlu Məmmədov olmuşdur. Onun bu çətin, qorxulu, ancaq şərəfli mübarizədə iştirakı haqqında Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy öz xatirələrində maraqlı məlumat vermişdir…».

b-1-1

Müəllif daha sonra yazır: «Azərbaycan tarixşünas­lı­ğın­da in­di­yə qə­dər rep­res­si­ya ilə bağ­lı apa­rıl­mış arasdır­ma­lar­da, çap edil­miş ma­te­ri­al­lar­da əsa­sən bü­tün kol­xoz­çu­la­rı­nın küt­lə­vi şə­kil­də həbs edil­di­yi, on­lar­dan 63 nə­rə­ri­nin gül­lə­lən­di­yi İs­ma­yıl­lı ra­yo­nu­nun Kürd­ma­şı kən­di­nin, 60 nə­fər gü­nah­sız ada­mın gül­lə­lən­di­yi Şa­ma­xı ra­yo­nu­nun Tək­lə kən­di­nin adı qeyd edi­lib. Tə­əs­süf ki, iyir­mi üç nə­fər­dən ar­tıq ada­mın gül­lə­lən­di­yi, on­lar­la gü­nah­sız şəx­sin sür­gü­nə gön­də­ril­di­yi Ağ­dam ra­yo­nu­nun Mərzili kən­di diq­qət­dən kə­nar­da qalmış, adı belə çəkilməmişdir. Ümu­miy­yət­lə, 30-cu il­lər rep­res­si­ya­sı dö­nə­min­də Və­tə­ni­miz­də üç min­dən ar­tıq kənd­li məhv edil­misdir. (26, 384-385). Qeyd edək ki, ay­rı-ay­rı elm, təh­sil ocaq­la­rın­da, ida­rə və mü­əs­si­sə­lər­də, ra­yon­la­rı­mız­da və on­la­rın kənd­lə­rin­də so­vet isğal re­ji­mi­nin aman­sız­lıq­la hə­ya­ta ke­çir­diyi qır­mı­zı ter­ror ge­niş və əha­tə­li şə­kil­də arasdı­rıl­ma­yın­ca, prob­le­min tam öy­rə­nil­di­yi­ni id­dia et­mək müm­kün de­yil. Şüb­hə­siz ki, ta­rix­şü­nas­lı­ğı­mız­da bu sa­hə­də in­di­yə qə­dər cid­di bir bosluq var. Ona görə, belə hesab edirik ki, arasdır­ma prob­le­min öy­rə­nil­mə­sin­də­ki boslu­ğu mü­əy­yən qə­dər ara­dan qal­dı­ra bi­lər. Onu da bil­di­rək ki, bu­ra­da­kı bü­tün ar­xiv ma­te­ri­al­la­rı ilk də­fə el­mi döv­riy­yə­yə tə­rə­fi­miz­dən da­xil edi­lmişdir. Də­yər­li oxu­cu­la­ra təq­dim edi­lən bu arasdır­ma hə­min boslu­ğu ara­dan qal­dır­maq yo­lun­da ki­çi­cik bir cəhd­dir. İna­nı­ram ki, hər be­lə arasdır­ma­lar­dan son­ra kom­mu­nist­lə­rin so­vet döv­lət or­qan­la­rı va­si­tə­silə Və­tə­ni­miz­də hə­ya­ta ke­çir­di­yi qır­mı­zı ter­ro­run dəh­şət­li mən­zə­rə­si da­ha da ay­dın­la­şa­caq.

Arasdır­ma­nın ak­tu­al­lı­ğı həm də ora­sın­da­dır ki, bu gün rep­res­si­ya, isgən­cə dün­ya miq­yas­lı bir prob­le­mə çev­ri­lmişdir. Bu sə­bəb­dən, Bir­ləsmiş Mil­lət­lər Təski­la­tı hər il iyu­nun 26-nı “Bey­nəl­xalq İsgən­cə Qur­ban­la­rı” gü­nü ki­mi qə­bul edir.

İn­san­la­ra fa­ciə­lər gə­ti­rən 30-cu il­lər rep­res­si­ya­sı Ağ­dam ra­yo­nu­nun Mər­zi­li kən­din­dən də yan keç­mə­mişdir. Apar­dı­ğı­mız arasdır­ma­la­ra əsa­sən, de­yə bi­lə­rik ki, Ağ­dam ra­yo­nun­da əha­li­si ən çox rep­res­si­yaya məruz qalmış kənd sa­kin­lə­ri mər­zi­li­lər ol­musdur. Bu kənd­dən ək­sə­riy­yə­ti ya­xın qo­hum olan 40-dan çox adam həbs edil­miş, 23 nə­fər­dən ar­tıq adam isə So­vet re­ji­mi­nin düsmə­ni ki­mi gül­lə­lən­misdir. (Ge­niş mə­lu­mat üçün bax: 28; 29; 30; 34, 85-94 və s.). Bu gün rep­res­si­ya olun­musla­rın is­tin­taq sə­nəd­lə­ri­ni oxu­yan­lar­da ve­ril­miş ifa­də­lə­rə müx­tə­lif, bə­zən bir­tə­rəf­li ya­nasma­ların şa­hi­di olu­ruq. On­la­ra aşı­da­kı­la­rı nə­zə­rə al­ma­ğı töv­siyə edər­dim:

  1. “Dün­ya­da ən hu­ma­nist” so­vet müs­tən­tiq və məh­kə­mə­si­nin ölüm cə­za­sı ver­di­yi, ya­xud rep­res­si­ya et­di­yi gü­nah­sız adam­la­rın is­tin­taq sə­nəd­lə­ri­nin təh­li­lin­dən ay­dın olur ki, həbs olu­nan­lar­dan alı­nan ifa­də­lər dəh­şət­li isgən­cə­lə­rin nə­ti­cə­sin­də ve­ril­misdi.
  2. Bir sı­ra hal­lar­da ifa­də­lər rus­ca ya­zıl­mış, on­la­ra düz­gün tərcümə edilərək, oxun­ma­mısdı. On­lar sa­də­cə baş bar­maq­la­rı­nı im­za ye­ri­nə bas­mısdı­lar.
  3. Cə­za­lan­ma­ya­ca­ğı­na əmin olan müs­tən­tiq­lər bə­zən hət­ta on­la­rı ağ ka­ğı­za bar­maq bas­ma­ğa məc­bur et­misdi­lər.
  4. So­vet kom­mu­nist cil­din­də olan er­mə­ni müs­tən­tiq­lər qi­sas­çı­lıq is­ti­qa­mə­tin­də fəa­liy­yət gös­tər­mişdi­lər. 1956-cı ildə M.C.Bağırov və əlaltılarının məhkəməsində XDİK-nın müstəntiqi, günahsız insanların repressiyasında xüsusi fəallığı ilə seçilən X.Qriqoriyanın Bakıdan atasına yazdığı məktub hər kəsi heyrətə salmışdı. O, məktubunda atasına bildirmişdi ki, yüz nəfər azərbaycanlını güllələtdirib, beş yüz nəfər də növbədədir.
  5. Məhkəmələr qısa zaman içərisində, cəmisi bir neçə saat, hətta çox hallarda bir neçə dəqiqə ərzində başa çatır, hökm icra olunurdu.
  6. Məhkəmələr bir çox hallarda, qeyri-azərbaycanlılardan, əsasən, erməni, rus və s. təşkil olunurdu və bu, həm də xüsusilə kənd sakinləri üçün dil, anlaşma problemi yaradırdı…».

Sonda: qeyd edək ki, kitab keçmişimizin yaddaşlarda dərin yaraları ilə iz buraxmış daha bir qaranlıq səhifəsinə işıq salaraq gələcəyə daşıyan bilgi mənbəyidir və olduqca dəyərli tədqiqat əsəridir.  

Müəllifə bu məsul və çətin, məhsuldar işinə görə təşəkkür borcumuzu çatdırırıq.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN