Gözlənildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenskiy oktyabrın 16-da Verxovna Radada Rusiyaya qarşı müharibəni bitirmək məqsədi ilə beş maddədən ibarət Qələbə Planını açıqlayıb...

Eləcə də özündə 3 sirrli əlavəni əhatə edən Qələbə Planı ikinci sülh sammitinə zəmin hazırlamaq və həyata keçirilərsə, münaqişəni gələn ilə qədər sona çatdırmaq məqsədi daşıyır. Zelenski bildirib ki, Rusiya dürüst sülh arayışında deyil və Rusiya Prezidenti Vladimir Putini müharibəni davam etdirmək məqsədli olmasında ittiham edib. Sitat: "Biz şəraiti elə dəyişməliyik ki, müharibə Putinin nə istədiyindən asılı olmayaraq bitsin. Yox, əgər Ukrayna və tərəfdaşları müdafiələrini gücləndirə bilməsələr, Rusiya diplomatiyadan imtina etməyə daha çox meyl göstərə bilər...".

 Tezadlar.az xatırladır ki, Qələbə Planının beş maddəsi geosiyasi, hərbi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edir. İlk dörd maddə müharibə dövründə həyata keçirilməli olduğu halda, beşinci maddə müharibədən sonrakı dövrə aiddir. Əsas məqam isə Ukraynanın NATO-ya dəvət edilməsidir ki, Zelenski bunun Rusiyanın təcavüzünün qarşısını ala biləcəyini düşünür. 

İkinci maddə Ukraynanın müdafiəsinin xüsusi silahlar və kəşfiyyat dəstəyi ilə gücləndirilməsinə yönəlir, üçüncü maddə isə əsas Qərb müttəfiqləri ilə paylaşılan gizli strategiyanı əhatə edir. Dördüncü maddə Ukraynanın strateji iqtisadi potensialına diqqət yetirir və ABŞ və müttəfiqləri ilə birgə, dövlətin vacib resurslarının qorunması və onlara investisiya qoyulmasını nəzərdə tutan xüsusi razılaşmanın bağlanmasını diqtə edir, Rusiyaya qarşı sanksiyaları daha da möhkəmləndirir.

Beşinci maddə isə müharibədən sonrakı dövr üçündür və Ukraynanın hərbi təcrübəsindən Avropanın təhlükəsizliyini gücləndirmək üçün istifadə olunmasını nəzərdə tutur, hətta Avropada yerləşdirilən ABŞ qüvvələrinin Ukrayna bölmələri ilə əvəz edilməsini də təklif edir. Zelenskinin müşaviri Mixailo Podolyakın sözlərinə görə, gizli əlavələr Rusiyaya qarşı potensial zərbələri, o cümlədən düşmən logistikası və əsas obyektlərinin məhv edilməsini əhatə edir.

Rusiya rəhbərliyindən isə hələki Zelenskinin Qələbə Planına reaksiya gəlməyib. 

Bu arada Polşa Ukrayna pilotlarına F-16 qırıcılarının idarə edilməsinin öyrədilməsi planını və razılığını təsdiqləyib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN