Bu gün Füzuli Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında paylaşıb.

O vurğulayıb ki, bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır.

"4 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu.

Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri artıq 3 minədək döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Füzuli Şəhər Gününüz Mübarək!", - deyə Vüqar Bayramov qeyd edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN