"Youtube” sosial şəbəkəsində “Kiber Kmara” adı ilə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin həyat yoldaşının guya Rusiyaya təlimatçı göndərdiyi barədə səsyazması yayılıb.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, sözügedən məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluashvili jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər DTX rəhbərinə sual verərək deyiblər ki, İvanişvilinin həyat yoldaşı Ekaterine Xvedelidzeni kim dinləyir? Liluaşvili isə cavabında deyib: “Kim bacararsa. Bu, bizim ərazimizdən həyata keçirilməyib". DTX rəhbəri qeyd edib ki, qeyri-qanuni dinləmə həm ayrı-ayrı şəxslər, həm də müxtəlif ölkələrin zəngin xidmətləri tərəfindən həyata keçirilə bilər.  Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb ki, “Alınan məlumatlara görə, Gürcüstanda keçiriləcək parlament seçkilərinə bir neçə gün qalmış siyasi dairələrə aid qruplar süni intellekt vasitəsilə quraşdırılmış saxta video və audio yazıları yaymağı planlaşdırır.

Məsələyə dair rəsmi Kremlin hələki mövqeyi yoxdur. Bu isə ciddi ittihamdır...

RAMİZ ƏHMƏDOĞLU

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN