Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi tədbirləri çərçivəsində İstanbul şəhərində hər üç ölkənin hərbi məktəblərinin kursantları arasında dostluq idman yarışları keçirilir.

Müdafiə Nazirliyindən Tezadlar.az-a bildirilib ki, Türkiyənin Milli Müdafiə Universiteti tərəfindən təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə kursantları arasında idman sahəsi üzrə üçtərəfli yarışda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun 3-ü zabit və 31-i kursant olmaqla, 34 nəfərlik heyəti təmsil edir.

Yarışlara atletika, voleybol, üzgüçülük və güləş idman növləri daxildir.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbinin ev sahibliyi ilə keçirilən yarış oktyabrın 18-dək davam edəcək.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN