Mayın 20-də Azərbaycan Milli Konservatoriyasında "Kərkükdən Azərbaycana" adlı konsert keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, tədbiri  giriş sözü ilə Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova açıb.

Bədii hissədən öncə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və Kərkük Kültür Dərnəyinin başkanı Dr. Şəmsəddin Kuzəçi çıxış ediblər.

Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə plaket bağışlanıb, həmçinin "Təşəkkürnamə" Fəxri Diplom təqdim olunub. Daha sonra qarşılıqlı müqavilə imzalanıb.

Qeyd edək ki, "Kərkükdən Azərbaycana" adlı musiqi gecəsində "Azərbaycan Milli Şərq" ansamblının təqdimatında Azərbaycan və Kəkük ifaçıları möhtəşəm çıxışlar ediblər.  Kərkük ifaçılarından Mehmet Neccar, Ömer Türkmenoğlu və Mehmet Kaya, Azərbaycan ifaçılarından – Əməkdar artist, muğam ifaçısı Nuriyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Gülzar Fərəcova, Pərvaz İbrahimli və Rəvan Qaçayevin ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlanıb.

Xatırladaq ki, Azərbaycan Milli Konservatoriyasında Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə "Kərkük musiqisinin tədqiqi məsələləri" adlı konfrans keçirilib. 

Y.Məmmədli

konservatoriya-kerkuk

k

k

 k

k

k

k

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA