Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının

Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri poeziyanın əbədiyyət günəşi” kitabı işıq üzü gördü. “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində müəllif kitabı kitabxanaya hədiyyə etdi.

 Tezadlar.az xatırladır ki, Reyhan Mirzəzadə çoxsaylı elmi-publisistik məqalə və “Rus ədəbiyyatı qəlbimin işığında”, “Bəşəri zəkanın rus dahiləri”, “Böyük şair – vətəndaş”, “Pedaqoji fikir tarixindən”, “Zəka məşəli”, ”Fikrin böyük sənətkarı”, “Bəşəriyyətə şölə saçan teatr günəşi” və s. kitabların müəllifidir. Bu kitablar xalqlar arasında beynəlmiləl ədəbi-bədii əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Dünyaşöhrətli rus şairi, dramaturqu, ədəbiyyatşünası, nasiri, publisisti A.S.Puşkinin anadan olmasının 225 illik yubileyi münasibəti ilə yazılan “Bəşəri poeziyanın əbədiyyət günəşi” kitabının giriş hissəsində görkəmli ədiblər A.Voznesenskinin, S.Vurğunun, N.Nekrasovun, N.Çernışevskinin ədəbiyyat, mütaliə haqqında fikirləri verilib. Müəllif vurğulayır ki, rus poeziyasında ilk dəfə Qafqaz mövzusunu “kəşf edən” məhz A.S.Puşkin olmuşdur. Qafqaz səfərləri Puşkinin ədəbi fəaliyyətində geniş üfüqlər açdı.

Kitabda qeyd olunur ki, sənətkarlığı əsirlərdən keçən, milyonlarla  insanın qəlbində əbədi yaşayan A.S.Puşkin dahi şairlərdən biridir. Rus ədəbiyyatını Puşkinsiz təsəvvür etmək mümkün deyil.

Kitabda A.S.Puşkinin həyat və yaradıcılığı, onun ailəsi, görkəmli yazıçı və şairlərin onun haqqında söylədikləri fikirlər verilmişdir. Burada M.F.Axundovun, M.Y.Lermontovun, S.Vurğunun, S.Rüstəmin, H.Billurinin, M.Rahimin, E.İ.Polejayevanın, M.Svetayevanın, C.Novruzun, X.R.Ulutürkün, M.Arazın, N.Həsənzadənin, Ə.Kürçaylının, Ə.Tudənin, M.Dilbazinin və s. şairlərin A.S. Puşkinə həsr etdiyi şeirlər də toplanmışdır.

Kitabda A.S.Puşkinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi barədə geniş məlumatlar verilmiş, M.Müşfiqin, A.Səhhətin, B.Qasımzadənin, C.Xəndanın və s. müəlliflərin tərcümələri yer almışdır. Kitab A.S.Puşkinə aid fotoşəkillərlə zəngindir.

Y.Məmmədli

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA