Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyasını uğurla başa vurdu.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, A.Gezeravcı və onu müşayiət edən 3 astronavtı Yer kürəsinə gətirən “Dragon” kosmik gəmisinin bu gün günortadan sonra hava şəraitindən asılı olaraq Florida sahillərində suya enməsi gözlənilir.

  Floridanın şərq və ya Meksika körfəzinin sahillərində enişi planlaşdırılan “Dragon” heyəti gəmiyə götürüldükdən sonra ilk müayinədən keçəcək və oradan ABŞ-ın Hyuston şəhərinə aparılacaq. Komanda Hyustonda daha hərtərəfli sağlamlıq müayinəsindən keçərək bir müddət karantində qalacaq.

 Bu arada, Türkiyə Kosmik Agentliyi (TUA) Türkiyənin ilk astronavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyada mikroqravitasiya mühitində cisimlərin hərəkət dinamikasını araşdırdığı videonu paylaşıb.

  TUA “X” sosial media hesabından paylaşdığı video üçün bu sözləri yazıb: "Türkiyənin ilk astronavtı Alper Gezeravcı mikroqravitasiya mühitində cisimlərin hərəkət dinamikasını tədqiq etdiyi fırlanma və ətalət mövzusunda xoş bir video çəkib. Nyutonun kosmosda hərəkət qanunlarının necə işlədiyini göstərən bu video kosmos fizikası ilə bağlı marağınızı təmin edəcək."

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA