Gürcüstanın ötən gün təyin olunan yeni baş naziri bu vəzifədə ilk xarici səfərini Avropa İttifaqına edəcək.

Bu barədə planları İrakli Kobaxidzenin özü açıqlayıb.

 “Prinsipcə, Brüsselə səfər artıq fevralın 20-21-nə planlaşdırılıb. Bu həm Avropa İttifaqına, həm də NATO-ya aiddir.  Artıq gündəlik də müəyyənləşib. Müvafiq olaraq ilk səfər Brüsselə ediləcək”, -deyə  Gürcüstanın yeni baş naziri diqqətə çatdırıb.

 Bundan əvvəl İrakli Kobaxidze yeni vəzifə postunda yerinə yetirmək niyyətində olduğu əsas vəzifələrin də adını çəkib.

 Bunlara Avropaya inteqrasiya və Gürcüstanda yoxsulluqla mübarizə daxildir. Baş nazir yeni hökumətin bazar ertəsi, fevralın 12-də ilk iclasına çıxacağını da dəqiqləşdirib.

Xatırladaq ki, Kobaxidzenin dövlət başçısı postuna namizədliyini parlament seçkilərində qalib gələn hakim “Gürcü arzusu” partiyası təklif etmişdi.

Kobaxidzenin yerinnə isə hakim siyasi qüvvəyə keçmiş baş nazir İrakli Qaribaşvili rəhbərlik edir.

 Bir gün əvvəl Gürcüstan parlamenti Kobaxidzeyə etimad göstərib. Onun təyinatı ilə bağlı rəsmi sərəncam artıq prezident tərəfindən imzalanıb.

Qeyd edək ki, İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib. Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA