Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu yaxınlarda istifadəyə verilən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu şəhid ailələrinin üzvləri ziyarət ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, görüşdə İkinci Qarabağ müharibəsində Xocavənd istiqamətindəki döyüşlərdə şəhid olan Fuad Məmmədovun və Adil Əfəndiyevin, Füzuli döyüşləri zamanı şəhid olan Sahib Məmmədovun, Şuşa döyüşləri zamanı şəhid olan Məmmədhəsən Sadıqlının və Tural Məmmədovun, Zəngilan döyüşləri zamanı şəhid olan Daşqın Rzalının, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan Taleh Zamanovun yaxınları iştirak ediblər.

MEK-dən bildirilib ki, şəhid ailələri görüş zamanı fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycanın xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibələri, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən çox şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.

Şəhid ailələrinin üzvləri onlara göstərilən hərtərəfli  dövlət qayğısından danışıblar. Həmçinin şəhidlərimizin həyatı və keçdiyi döyüş yolu barədə xatirələri bölüşüb, onların şəxsi kitablarını MEK-ə hədiyyə ediblər. Cəmiyyət arasında vətənpərvərlik hisslərinin aşılanması və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun çox əhəmiyyətli olduğunu vurğulayaraq, onların adlarını əbədiləşdirmək istiqamətində MEK-in təşəbbüsünü yüksək qiymətləndiriblər.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA