Fəzail Ağamalı:"Deputat cinayət törədib, öz səlahiyyət həddini aşıb"

“Cəmiyyətdə vəzifəli şəxslərin cəzalandırılması və işdən qovulmasına xüsusi şadyanalıqla yanaşılması müşahidə edilir. Bu da bir sıra vəzifəli şəxslərin xalqa sayğısız münasibətindən qaynaqlanır”.

Bunu bu gün Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına münasibət bildirən millət vəkili Razi Nurullayev söyləyib. Deputat bildirib ki, qanunu pozanlar varsa, bu barədə hüquq-mühafizə orqanları ölçü götürməlidir: “Amma kimsə hansısa səhvə yol verdikdə, onların cəzalandırılması üçün qanundankənar çağırışlar eşidirik. Məni narahat edən belə çağırışlardır”.

Millət vəkili Tahir Rzayev Eldəniz Səlimovun hərəkətinə görə seçicilərdən üzr istədiyini vurğulayıb: “Deputatın hərəkəti Milli Məclisin imicinə böyük zərbədir. Bu gün sosial şəbəkələrdə bizim və Milli Məclis haqqında elə fikirlər işlədirlər ki… Bizə 40 minə qədər insan etimad göstərib, seçib. Biz və ailəmiz haqqında utanmaz ifadələr, təhqirlər işlədirlər. Biz söyüş hədəfi ola bilmərik. Kiminsə bir xətaya yol verməsi bütün deputatların adına yazıla bilməz. Bizi heç kim təhqir etməməlidir. Baş prokuroru bu məsələlərə də diqqət yetirməyə çağırıram”.

 Deputat İlham Məmmədov tutduğu vəzifədən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb: “Bu gün Milli Məclisin bu məsələni müzakirə etməsi bir daha Azərbaycanın hüquqi dövlət olduğunu sübut edir”.

 Deputat Hikmət Babaoğlu hüquq-mühafizə orqanlarının baş verən hadisəyə çevik reaksiya verdiyini söyləyib: “Qanun hamı üçündür və məcburi davranış qaydasıdır. Qanunvericilik fəaliyyəti ilə məşğul olan şəxs, bizim sıralarımızdan olan biri qanunu pozub. Azərbaycan hüquqi dövlətdir. Biz hər birimiz dövlətə ödədiyimiz vergilərlə onun hüquq-mühafizə orqanlarının yaradılmasına vəkalət veririk ki, bizim hüquqlarımızı qorusunlar. Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı törədilən bu hadisə hüquqi qiymətini almalıdır. Zəruri hüquqi hərəkətləri görmək üçün deputatın toxunulmazlığının götürülməsi şərtdir. Üçüncü hakimiyyət qolu – məhkəmənin hansı qərar qəbul edəcəyi isə onun öz işidir”.Babaoğlu deputatların 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində savaşdığını xatırladıb: “Cəmi bir neçə gün əvvəl Milli Məclisdə Bakı Bəyannaməsi imzalandı, bu, parlament diplomatiyasının bir nümunəsidir. Azərbaycan hüquq sisteminin çox işlək mexanizmi var. Mən hüquq sistemimizin bu addımını alqışlayıram. Zəruri hərəkətləri həyata keçirmək üçün Baş prokurorun təqdimatı əsaslıdır”.

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib ki, deputat cinayət törədib, öz səlahiyyət həddini aşıb: “Eldəniz Səlimov polis leytenantını yanına çağırıb, ona deyib ki, sən fəxr et ki, səni Milli Məclisin deputatı döyür. İndi biz qəbul etdiyimiz qanunların əksinə getməliyik?! Hər bir şəxs qanun qarşısında bərabərdir. Bu, Milli Məclisin nüfuzuna xələl gətirə bilməz. İcra orqanlarının ayrı-ayrı nümayəndələri yol verdikləri cinayətlərə görə həbs olundu. İndi həmin icra orqanları xəcalət çəkməlidir? Milli Məclis sıralarını belələrindən təmizləməlidir. Polisə əl qaldırmaq olmaz! Polis sənə deyir ki, restoran gecə 12-dən sonra işləməməlidir, deməli qapını bağlamalısan!”

Qeyd edək ki, hadisə baş verdikdən sonra bəzi deputatlar deputat Eldəniz Səlimovla bağlı ünvanladığımız sualı cavabsız qoymuşdular. Çox şükürlər olsun ki, indi münasibət bildirirlər... Amma Milli Məclisin deputatı Fəzail Ağamalının deputat Səlimovun polisə dediyi sözləri ictimaiyyətə açıqlaması doğrudan da sensasiya oldu! Deputat şapalağı nə qədər hörmətli imiş... Təsəvvür edin ki, Milli Məclisin 125 deputatının 124-nün şapalağı birgə səslənsə necə olar! Əməlli başlı, parta-part! Elə ona görə də fikirləşirəm ki, bu "hörmətli şapalağı" deputatlar şapalaq sevən deputata qarşı birgə tətbiq etsələr Səlimovun çox xoşuna gələr. 124 nəfərin bahalı şapalağının səsi düz Xaçmazadək gedib çatar, o da MM-dən hörmətlə yola salındığına tam əmin olar... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA