"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağda bundan sonrakı fəaliyyətində hər hansı bir müsbət tendensiyalar olmayacaq. Əgər sülhməramlı qüvvələr neytral mövqe tutacaqsa, Qarabagda ermənilər bu ərazini tərk edəcək. Rusiya məhz 10 noyabr razılaşmalarının həyata keçirilməsində ona görə maraqlı deyil. Əgər bu öhdəliklər yerinə yetirilərsə, Rusiya sülhməramlı qüvvələrinə qarşı ermənilərin mənfi fəaliyyəti büruzə verəcək. Məhz Rusiya Qarabağda sülhün və təhlükəsizliyin ona görə təminində maraq deyil".

Bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qarabağda Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər davam edəcək: "Azərbaycan Türkiyə ilə Qarabağda ona görə də təlimlərə başlayıb. Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir. Amma baş verən proseslər Azərbaycanın lehinə reallaşır. Rusiya tərəfi Qarabağda daha da ağır silahlar və şəxsi həyta yerləşdirilməsinə gedəcək. Demək olar ki, burda sülhməramlı kimi deyil, birbaşa Azərbaycan və Ermənistana təzyiq etmək üçün hərbi baza kimi istifadə etməyə çalışacaq. Dörd ildən sonra bütün fəaliyyət Rusiyanın buradan çıxmasına yönəlməlidir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA