Aparıcı-prodüser Tarix Əliyev (Tolik) də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazıdır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, Bakıda yeni salınan avtobus zolaqlarına görə tıxacların yarandığını və dönmə əməliyyatları zamanı cərimələrin yazıldığını bildirib: 

"Maşınların ən çox olduğu yerdə tıxacların yaranması üçün AYNA bu balaca yolda avtobus üçün bu boytda yer saxlayıb. Avtomobillər də belə tıxacda qalırlar. 20 Yanvar körpüsünü altıdır. MTV kanalına gedən yolda 1 manatlıq taksilər saxlayırdı. Bunun qarşısını almaq üçün avtobus yolu saldılar. Oradan da sağa dönəndə mənə cərimə gəlir. İndi AYNA burada nə etdi? Guya nə dəyişdi? Pul yığmaq üçün növbəti tələ qurublar. Heç manatlıq taksilər burada dayananda belə tıxac olmurdu. İndi onlar ikinci sırada dayanmalı olurlar və insanlar da yolun ortasında maşınlara minməli olurlar". 

Qeyd edək ki, daha əvvəl Əməkdar artist Ədalət Şükürov Bakıda AYNA-nın fəaliyyətindən şikayətçi olduğunu bildirib.

"Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artıqca, artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb".

 Ədalət Şükürov "Ekstra müsahibə" layihəsində qonaq olarkən deyib. O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib:  

Əməkdar artist "AYNA-dan çox narazıyam. Ora profissional işləməlidir. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım", - mesajını verib. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN