KRİPTO İCMASININ PULLARI HESABINA AVADANLIQLAR ALINIB

Ukrayna Rəqəmsal  İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kripto icması tərəfindən Ukrayna hərbçilərinə dəstək məqsədilə böyük miqdarda vəsait toplanıb. Yığılan vəsaitə 5550 zireh və onlar üçün 500 boşqab, 3125 termal və gecə optikası, 3427 tibbi ləvazimat, 410 min quru yemək, 500 dəbilqə, 60 rasiya alınıb.

"Gələcəkdə bu siyahı artacaq. Həmçinin, Kriptofond tərəfindən toplanan vəsait aşağıdakılara xərclənəcək: Rusiya təbliğatına qarşı informasiya mübarizəsi, Ukraynada baş verən gerçək hadisələr haqqında qlobal kommunikasiya kampaniyası, kibermüdafiə və rəqəmsal infrastrukturun bərpası, əlavə yardımların təmin edilməsi, reyestrlərin mühafizəsi və miqrasiyası, texniki xüsusi avadanlıqların alınması”, - məlumatda deyilir.

Sevinc MURADXANLI

 

Pin It

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə hansı dövlətin əməlində səmimi olduğunu ortaya qoydu...

Pin It

Dövlət Gömrük Komitəsində (DGK) narazılıq baş qaldırıb.

Pin It

Aparıcı Kamran Həsənli deputatları sərt tənqid edib.

Bu barədə video paylaşan K.Həsənli onların parlamentdə susmalarına, dünyada baş verənlərə reaksiyasız qalmalarına, Ukraynaya yetərincə dəstək olmadıqlarına qəzəblənib: “Ay deputatlar, siz nə vaxt deputat, millət vəkili olacaqsınız?! Niyə danışmırsınız? Niyə susursunuz?! Dünya dağılır, müharibə gedir siz nə vaxt danışacaqsınız? Kənardan tökülən qanları, ölən körpələri, qadınları görmürsünüz?!

Deputatın işi məhz danışmaqdır. Amma sizin işiniz Parlamentdə əl qaldırmaq və düymə basmaqdan ibarətdir. 125 deputatdan 5-i savadlı olar ya yox... Qalan hamısı nəinki qanun yaza, adi məqalə belə yaza bilmir. Bəs siz nə işlə məşğulsunuz?

Ukraynada əhali, deputatlar, aktyorlar, hər kəs əlinə silah alıb vuruşur, siz isə baxıb susursunuz? Axı bizim 44 günlük Vətən Müharibəmizdə nə qədər ukraynalı deputatlar, xalq tərəfimizdə, arxamızda idi.
Heyf sizdən... Heyf oturduğunuz o bahalı binadan, mindiyiniz bahalı maşınlardan, geyimlərdən...

Heyf olsun, yaxanıza taxdığınız o bayrağa ki, sizin yaxanızdadır... Ayıb olsun!”.

E.ŞİRİNOV

Pin It

Martın 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN