Türkiyənin Antalya şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif dərnəklərin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Akdəniz Universitetinin azərbaycanlı tələbələri və Antalyada yaşayan soydaşlarımız qatılıblar.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin Azərbaycanın parlaq Qələbəsi ilə başa çatmasını tarixi ədalət adlandırıb, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını ifadə ediblər. Təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycanın və Türkiyənin Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün təmin olunması istiqamətində ciddi səylər göstərdiyinə diqqət cəlb olunub.

Tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunmuş foto və kitab sərgisi təşkil edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA