Bu gün on bir ölkə Cenevrədə birgə bəyanat yayıb.

Onlar bir sıra dövlətlərin hakimiyyət orqanları tərəfindən ruslara və rusdilli sakinlərə qarşı ayrı-seçkiliyini qınayaraq “rusafob isteriya və təqiblərə dərhal son qoymağa” çağırıb.

Bəyanatı BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Rusiya Federasiyasının BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsinin müavini Nikita Jukov oxuyub.

 “Biz son aylarda bir sıra dövlətlərin hakimiyyət orqanlarının ruslara və rusdilli sakinlərə qarşı törətdiyi ayrı-seçkiliyin görünməmiş miqyasından və dərinliyindən çox narahatıq. Bu ilin fevral ayının sonundan etibarən ruslar sistematik olaraq etnik və dil mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalıblar”, - sənəddə deyilir (TASS).

Diplomat "Biz bu dövlətlərin hökumətlərini rusafobiya isteriyanı, rus və rusdilli sakinlərə qarşı təqibləri dərhal dayandırmağa və insan hüquqlarına hörmətlə bağlı öhdəliklərini məsuliyyətlə yerinə yetirməyə çağırırıq" ,- deyib.

Qeyd edək ki, Rusiyadan başqa, birgə bəyanatın həmmüəllifləri- Belarus, Boliviya, Venesuela, İran, Çin, Şimali Koreya, Myanma, Nikaraqua, Suriya və Efiopiya olub.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Müharibə artıq 8 aydır ki, davam edir və bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bu isə müharibənin bəlkə də tezliklə bitməyəcəyindən xəbər verir.

Qeyd edək ki, Putinin rus ordusunu Ukraynaya göndərməsi bir çox ölkələrdə rusafobiyanın yaranmasına rəvac verdi...

Kremlin sözçüsü Dmitri Peskov da rusafobiyadan narahatlığını dilə gətirmiş “ Bunun qarşısını almaqdan ötrü çox az tədbir var, çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”, - deyə vurğulamışdı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA