İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Ər-Riyaddakı səfirliyinin iyunun 6-da fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə departamentin rəsmi nümayəndəsi Nasser Kanani Chafinin bəyanatında deyilir.

“İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair ikitərəfli sazişlərin icrası prosesinin başa çatması ilə əlaqədar İranın Ər-Riyaddakı səfirliyi çərşənbə axşamı, iyunun 6-da, Ciddədəki Baş Konsulluğu və İslam Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəliyi isə çərşənbə günü, iyunun 7-də rəsmən fəaliyyət göstərəcək”, - nazirliyin teleqram kanalında dərc olunan məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA