Amerika xüsusi təyinatlıları İsrail hakimiyyətinə HƏMAS radikalları tərəfindən saxlanılan girovların axtarışına kömək edəcək.

Bu barədə “New York Times” mənbələrə və müdafiə nazirinin köməkçisi Kristofer Meyerə istinadən yazır.

"Biz girovların, o cümlədən amerikalıların müəyyən edilməsinə kömək edəcəyik. Bu, bizim məsuliyyət sahəmizdir", - Pentaqonun rəhbərinin köməkçisi Vaşinqtonda konfrans zamanı deyib.

Burada dəqiq neçə Amerika xüsusi təyinatlısının iştirak edəcəyi barədə məlumat verilmir. Bununla belə, qəzetin mənbələri iddia edir ki, son günlər Pentaqonun İsrailə onlarla əsgəri göndərilib. Fələstin-İsrail münaqişəsinin qızışdığı vaxt daha bir neçə ABŞ əsgəri artıq yəhudi dövlətinin ərazisində olub.

Meyer həmçinin qeyd edib ki, ABŞ xüsusi təyinatlıları İsraildə döyüş funksiyalarını yerinə yetirməyəcək. Buna baxmayaraq, ABŞ Qəzzada yaranmış vəziyyəti Təl-Əvivlə müzakirə edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA