Ukraynanın Sumı vilayətinin hərbi rəhbərliyi Rusiya ilə sərhəddə yerləşən 30 kilometrlik zonadan uşaqları çıxarmağı planlaşdırır.

Bu barədə Regional Hərbi Administrasiyanın (RHA) rəhbəri Vladimir Artyux məlumat verib.

“Düşünürəm ki, biz bütün uşaqları 30 kilometrlik zonadan (Rusiya Federasiyası ilə sərhəd boyu) daha təhlükəsiz yerlərə təxliyə etməliyik”, - Ukraynanın “Public” nəşri onun sözlərindən sitat gətirib.

İyul ayında Sumı regional hərbi idarənin rəhbərliyi Rusiya ilə sərhəd boyunca beş kilometrlik zonadan əhalinin təxliyəsi üçün hazırlıqlara başlamaq qərarını elan edib.

Ukrayna hakimiyyəti “təhlükəsizlik məsələlərini” əsas gətirərək nəzarət etdikləri ərazilərdə əhalini təxliyə edir. Oktyabrın əvvəlində Ukraynanın Reinteqrasiya Nazirliyi bildirmişdi ki, aprel ayından hakimiyyət orqanları Xarkov vilayətindən, həmçinin Kiyevin nəzarətində olan DXR və Zaporojye vilayətindən 856 uşağı məcburi şəkildə təxliyə edib, onlardan 79-u Xarkov vilayətinin Kupyanski rayonunun 17 yaşayış məntəqəsindən evakuasiya edilib.

Oktyabrın 23-də Ukrayna hakimiyyəti DXR və Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərindən uşaqların məcburi təxliyyə edildiyini elan edib. Əvvəlcə təxliyyənin 21 yaşayış məntəqəsindən həyata keçiriləcəyi bildirilirdisə, indi Ukrayna administrasiyası 23 yaşayış məntəqəsinin təxliyə edildiyini elan edir. Oktyabrın 29-da Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərindən yüzlərlə uşağın valideynləri ilə birlikdə təxliyə edildiyini açıqlayıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN