İsrail ordusunun quru əməliyyatlarına başlamasından sonra Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının ən azı 12 komandiri öldürülüb.

Bu barədə “Yedioth Ahronoth” informasiya portalı İsrailin müdafiə naziri Yoav Qalanta istinadən məlumat yayıb.

"Bu müharibə başa çatdıqdan sonra Qəzzada (zolağın) cənub sərhədindən İsraili qorxuda biləcək heç bir təhlükə qalmayacaq. Biz zolaqdan kənarda tam əməliyyat azadlığına malik olacağıq", - portal onun sözlərini sitat gətirib.

Qalan bir daha təkrar edib ki, İsrail hərbçiləri oktyabrın 7-də İsrailə qarşı terror aktına görə HƏMAS-ın rəhbərliyini aradan qaldırmaq niyyətindədirlər. "Həmas rəhbərliyi məsuliyyət daşıyır. Biz (HƏMAS lideri) Yəhya Sinvarın yanına gedib onu məhv edəcəyik. Qəzzalılar bizdən önə keçsələr, bu, müharibəni qısaldacaq", - Qalant deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN