ABŞ prezidenti Co Bayden ikinci müddətə vəzifəsində qalsa, dünya yanacaq.

Bunu ABŞ-ın respublikaçı senatoru Lindsey Graham deyib.

Onun fikrincə, Baydenin sələfi və qarşıdan gələn seçkilərdə rəqibi Donald Tramp dövlət başçısı kimi daha effektivdir.

“İnsanların niyə bəzən onun (Tramp – RED.) etdiklərini və dediklərini bəyənmədiyini başa düşürəm, amma hərəkətlər və nəticələr baxımından o, Baydendən qat-qat üstün idi. Və əgər bundan daha dörd ilimiz (Baydenin prezidentliyi – RED.) olsa, o zaman biz Amerikanı tanımayacağıq və dünya həqiqətən də alovlanacaq", - senator bildirib.

Bir gün əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson demişdi ki, Baydenin impiçmenti Ağ Evin Amerika liderinin ailə üzvləri tərəfindən iddia edilən cinayətlər üzrə təhqiqata mane olması səbəbindən zəruri addımdır. O, bir sıra yurisdiksiya komitələrinin Baydenlər arasında qanunsuzluq tapmaq üçün çox böyük iş gördüyünü, lakin administrasiyanın onlara mane olduğunu və "minlərlə səhifəlik sübutu gizlətdiyini" vurğulayıb.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov Baydenə qarşı impiçment prosesinin başlanacağına şübhə ilə yanaşıb. Onun fikrincə, hakimiyyətdə olduğu müddətdə ona qarşı hər hansı işin açılacağı ehtimalı azdır.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA