“The National Interest” jurnalı yazır ki, Rusiya Aerokosmik Qüvvələri (VKS) Ukraynada Amerikanın F-16-larına qarşı beşinci nəsil Su-57 qırıcılarından istifadə edəcək.

“İndi Kiyevin bu müasir qırıcılardan (F-16 – red.) istifadə edəcəyi gözlənildiyi üçün Moskva cavab tədbiri olaraq Su-57 gizli qırıcılarına müraciət edə bilər”, - məqalədə qeyd edilir.

Nəşr qeyd edir ki, gizli texnologiya ilə yanaşı, rus qırıcısı onu yüksək manevr qabiliyyətini təmin edən üçölçülü təkan vektoru olan mühərriklərlə təchiz edilib. Bundan əlavə, Su-57 K-77M hava-hava və hava-yer tipli raketləri daşıya bilər ki, bu da ona həm yer hədəflərini vurmağa, həm də uzaq məsafələrdə hava döyüşü aparmağa imkan verir.

Ukrayna Silahlı Qüvvələri yaxın aylarda təhvil verilməsi gözlənilən F-16-lardan istifadə etməyə başlayan kimi Moskva böyük ehtimalla Su-57-dən istifadə edəcək, material müəllifləri belə qənaətə gəliblər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN