Fransa Bərabərlik üzrə Ali Şurasının araşdırmasında iştirak edən kişilərin 37 faizi feminizmi mövqeləri üçün təhlükə hesab etdiklərini bildiriblər.

Bu barədə BFM TV məlumat yayıb.

İl ərzində Fransada feminizmi özləri üçün təhlükə hesab edən kişilərin sayı üç faiz artıb. Sorğu 2023-cü ilin noyabrında yaşı 15 və daha yuxarı olan 3500 nəfər arasında aparılıb.

Tədqiqat nəticəsində şura ölkədəki “kişi düşüncəsi və maço davranışından” narahat olduğunu açıqlayıb. Tədqiqatçılar ailə, məktəb və interneti xüsusilə gənc oğlanlar arasında davam edən və hətta güclənən seksizmin üç əsas inkubatoru adlandırıblar.

Sorğuda iştirak edən on fransız qadından doqquzu cinsiyyətçiliklə şəxsən qarşılaşdıqlarını bildirib. Qadınların 70 faizi evdə qardaşları ilə eyni rəftar edildiyinə inanır, 38 faizi isə məktəbdə qeyri-bərabər rəftarla üzləşib.

Eyni zamanda, 25-34 yaşlı fransız kişilərin 28 faizi “kişilərin patron olmaq üçün daha uyğun olduğuna” inanır. Eyni yaş qrupunda olan kişilərin 59 faizi “qızı seksist görünmədən özünə cəlb etməyin artıq mümkün olmadığını düşünür.

Sorğu nəticəsində məlum olub ki, Fransada kişilərin 70 faizi və qadınların 63 faizi hesab edir ki, kişi cəmiyyətdə hörmət qazanması üçün ailəsini maddi cəhətdən təmin etməlidir. Kişilərin 31 faizi, qadınların isə 27 faizi də kişinin döyüşməyi bacarmalı olduğuna inanır.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN