ABŞ-ın Macarıstandakı səfiri David Pressman baş nazir Viktor Orbanı NATO-ya zərər verən Rusiyayönümlü xarici siyasətdə ittiham edib.

O, bu barədə “Financial Times”-a müsahibəsində bildirib.

Pressman hesab edir ki, Macarıstanın beynəlxalq məsələlərə yanaşması “uydurma işğalçılar” və “xəyali macar fobiyası” üzərində qurulub. Onun sözlərinə görə, bu, Orbanın daxili siyasi məqsədlərinə xidmət edir və onun siyasi mövqeyini izah edir.

"Ancaq son nəticədə bu, sadəcə, bir fantaziyadır", - deyə izah edib.

Amerika səfiri deyib ki, Budapeştin müttəfiqləri, o cümlədən ABŞ ilə ikitərəfli münasibətləri siyasiləşdirmək qərarı ölkə hökumətini təcrid edib. Onun qiymətləndirməsində Orban hökumətinin bu mövqeyi Rusiya üçün faydalı, NATO üçün isə zərərlidir.

Pressman həmçinin Macarıstan mediasını rusiyapərəst olmaqda ittiham edib.

Xatırladaq ki, dekabrda Aİ sammitində Orban veto hüququndan istifadə edərək Kiyevə 50 milyard avro ayrılması qərarının qarşısını almışdı. Bundan sonra Avropa Xarici Fəaliyyət Xidməti vetodan yan keçərək, Ukraynaya yardım üçün xüsusi fond yaratmaq planı hazırlamağa başlayıb.

Budapeşt təşəbbüsün özünü “hərbi psixoz” adlandırıb və qeyd edib ki, Aİ-nin hər bir üzvü Kiyevə silah göndərmək barədə öz qərarını verir.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN