Məhkəmə keçmiş müdafiə nazirinin müavini Timur İvanova məxsus “Mercedes-Benz G63”, “Cadillac Escalade” və 1967-ci il istehsalı olan nadir avtomobilləri müsadirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, 2019-cu ildə İvanovun 12 avtomobili, o cümlədən “Chevrolet Suburban”, həmçinin qiyməti 11 milyon rubldan 18 milyon rubla qədər olan ZiS-110 olub. Keçmiş nazir müavininin həyat yoldaşının “Bentley Continental”, “Aston Martin”, “Hummer H2” və iki motosikleti olub.
Əvvəllər bildirilirdi ki, İvanovun işində sürücünün adına “Mercedes-Benz G63” markalı avtomobil qeydə alınıb, lakin İvanov avtomobildən öz istəyi ilə istifadə edib. Belə bir işlənmiş avtomobilin qiyməti 5,2 ilə 15 milyon rubl arasında dəyişir.
E.ŞİRİNOV