Moskvanın Lefortovo Məhkəməsi 2023-cü ilin martında Yekaterinburqda casusluq ittihamı ilə saxlanılan “The Wall Street Journal” qəzetinin jurnalisti, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini martın sonunadək uzadıb.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Moskvanın Lefortovo Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviç barəsində həbs-qətimkan tədbirinin müddəti iki ay, ümumilikdə isə 10 aya qədər, yəni 2024-cü il martın 30-dək uzadılıb”, - məlumatda deyilir.

Belə ki, jurnalistin həbs müddəti bir ilədək uzadılıb və indi onun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə Moskva Şəhər Məhkəməsində baxılacaq.

FTX-nin məlumatına görə, Gerşkoviç “Amerika tərəfinin göstərişi ilə hərəkət edərək, Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət məxfi məlumatları toplayıb”. O, Yekaterinburqda saxlanılıb. FTX İstintaq İdarəsi ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb. Onu 20 ilə qədər həbs gözləyir. O, günahını etiraf etmir.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN