İsrail Qəzzada mülki hədəflərə hücum edərək öhdəliklərini pozur.

Bunu brifinq zamanı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Qəzzadakı rəsmi nümayəndəsi Ajit Sunqa deyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Sunqa vurğulayıb ki, İsrailin hərəkətləri mülki şəxslərlə bağlı beynəlxalq hüququ pozur. O, humanitar yardımın mülki şəxslərə çatdırılmasında problemləri də qeyd edib.

"Xəstəxanalara, məktəblərə və digər sığınacaqlara edilən hücumlar dəfələrlə fələstinlilərin sağ qalma vasitələrinə çıxışı getdikcə daha məhdud olan, getdikcə daha kiçik ərazilərə köçürülməsi ilə nəticələnib", - BMT sözçüsü bildirib.

Sunqa Qəzzada hava şəraitinin mülki insanlara təsir edə biləcəyindən narahatlığını ifadə edib. O, əlavə edib ki, hazırda İsrail hərbçilərinin fəaliyyət göstərdiyi anklavın şimal hissəsi hətta adi humanitar yardımların qəbulunda problemlər yaşayır.

Bundan əvvəl BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese bildirmişdi ki, təşkilat indi soyqırımın qarşısını almaq üçün qınamaqdan hərəkətə keçməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN