Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Söhbət zamanı qlobal və regional məsələlər, o cümlədən Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi müzakirə edilib”, - deyə ofisdən bildirilib.

Bir gün əvvəl Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Müvafiq qanunun mətni rəsmi hökumət qəzeti “Resmi Gazete”nin əlavə sayında dərc olunub. Belə ki, qəzetdə dərc edildikdən sonra üzvlük protokolu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilmiş sayılır. Əvvəllər parlament tərəfindən təsdiqlənib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İsveç NATO-ya daxil olduqdan sonra Rusiya öz təhlükəsizliyinə təhdidlərə yol verməyəcək və alyansın qüvvələrinin yerləşdirilməsindən asılı olaraq cavab tədbirləri görəcək.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN