ABŞ-ın 26 baş prokurorundan ibarət qrup Texas qubernatoru Qreq Abbottun ştatını “işğaldan” müdafiə etmək hüququnu dəstəkləyib.

Tezadlar.az bu barədə “Fox News”-a istinadən xəbər verir.

Texas və federal hökumət arasında qarşıdurma əyalət sərhədindəki vəziyyətə görə başladı. 2023-cü ildə Texas səlahiyyətliləri qeyri-qanuni miqrantların qarşısını almaq üçün Eagle Pass şəhəri yaxınlığındakı Rio Grande çayında şamandıra zəncirini quraşdırdılar. Daha sonra ştatın qubernatoru Qreq Abbott sərhədə tikanlı məftil çəkmək qərarını açıqladı.

Media bildirib ki, miqrantlar Rio Qrandedə şamandıralar üzündən getdikcə daha çox boğulur və məftildən ağır yaralanır. Nəticədə, Bayden hasarları dağıtmaq üçün Texasa sərhəd agentləri göndərib. Abbott rayon məhkəməsinə gedib və işi qazanıb, lakin sonra Ali Məhkəmənin hakimləri Baydenin işini təsdiqləyib. Buna baxmayaraq, Texas qubernatoru təslim olmayacağını və daha da tikanlı məftillər çəkəcəyini vəd edib.

Keçən həftə Abbott, Bayden administrasiyası federal qanunları tətbiq etməkdən imtina edərkən, "işğaldan" qorunmaq üçün ABŞ Konstitusiyasının 1-ci maddəsinə əsasən səlahiyyətlərini müdafiə etdiyini söyləyib. Onun bəyanatı Abbottun qərarını dəstəkləmək üçün hansı hüquqi əsaslardan istifadə edə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

“Fox News”-un əldə etdiyi məktubda Respublikaçıların 26 baş prokuroru Texası dəstəklədiklərini, çünki "milyonlarla insanın sərhədə koordinasiya edilmiş hücumun bir hissəsi olaraq qeyri-qanuni yollarla əyalətə daxil olduqlarını" və "işğaldan özlərini müdafiə etməyi bacarmalı olduqlarını" söyləyiblər.

ABŞ-ın əsas qanununun birinci maddəsi (onuncu bölmə) dövlətlərin böhran vəziyyətində özlərini qorumaq üçün hərəkət edə biləcəkləri şərtləri müəyyən edir, - prokurorlar vurğulayıblar.

Bu maddədə deyilir ki, dövlətlər öz ordularını saxlaya, xarici dövlətlərlə müqavilələr bağlaya və ya “həqiqi işğal və ya gecikməyə yol verməyən qaçılmaz təhlükə halları istisna olmaqla” müharibə edə bilməzlər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN