İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib ki, ABŞ prezidenti Co Bayden administrasiyası İsrail və HƏMAS arasındakı münaqişənin həllinin siyasi olduğunu bilir.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Twitter səhifəsində bəhs edib.

Onun sözlərinə görə, Ağ Ev Fələstin anklavında müharibəyə son qoymağın “siyasi baxımdan mümkün olduğunu” “tamamilə bilir”. İran xarici işlər naziri vurğulayıb ki, diplomatlar “bu istiqamətdə fəal işləyirlər”.

Oktyabrın 7-də minlərlə silahlı HƏMAS tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin cavab əməliyyatının məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Noyabrın 24-də atəşkəs sazişi rəsmi olaraq qüvvəyə minib və dekabrın 1-də səhər saatlarında başa çatıb. Atəşkəsin bağlandığı həftə ərzində Həmas 110 girovu azad edib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN