Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.

Tezadlar.az bildirir ki, bu barədə İK-nın rəsmi Telegram kanalında məlumat verilib.

Hadisənin bütün hallarını müəyyən etmək üçün Rusiya Xarici İşlər Nazirliyi ilə birgə işin istintaqı aparılacaq, - məlumatda aydınlıq gətirilib.

Yanvarın 26-da Rusiya diplomatik missiyası şəhərin faşist blokadasından azad edilməsinin 80 illiyi münasibətilə abidənin önünə gül dəstələri qoyub. Bundan sonra yerli sakin çələngləri yıxıb, Rusiya bayrağının rənglərində olan lenti tapdalayıb, lentə alıb və Leninqradın blokadası faktını mübahisələndirərək internetə yerləşdirib.

"Yerli sakinlərin məlumatlarına görə, bu vətəndaş əvvəllər rusofobiyanı qızışdırmaqda diqqət çəkib", - Rusiya İstintaq Komitəsi qeyd edib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN