Ukraynanın Avropa İttifaqından (Aİ) daha bir maliyyə paketi alacağına heç bir şübhəsi yoxdur. Ali Radanın deputatı Daniil Getmantsev Qərbin davamlı köməyinə əmin olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Hazırda biz bu yardımı almayacağımız variantı da nəzərdən keçirmirik”, - xalq deputatı deyib.

Getmantsev vurğulayıb ki, Kiyev üçün maliyyə dəstəyi lazımdır, çünki qeyri-hərbi xərclərin vaxtında və düzgün olması ondan asılıdır.

Bundan əvvəl “Euractiv” xəbər vermişdi ki, Avropa İttifaqı ölkələri Ukraynaya silah tədarükü ilə bağlı yeni qaydalar barədə razılığa gələcəklər ki, bu da Aİ-yə yardımı daha sürətli və uzunmüddətli edəcək. Xüsusilə, Avropa istehsalı olan müdafiə avadanlığının birgə alınması ilə bağlı xərclərin ödənilməsi üçün daha sərt qaydaların tətbiqi, həmçinin veto hüququndan yan keçmə üsulunun tətbiqi nəzərdə tutulur.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN