Pakistanın xüsusi məhkəməsinin hakiminin qərarı ilə ölkənin keçmiş baş naziri, “Təhrik-i İnsaf” partiyasının qurucusu İmran Xan və partiyanın keçmiş xarici işlər naziri və partiyanın sədr müavini Şah Mahmud Qureşi 10 il həbs cəzasına məhkum edildi.

Tezadlar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Təqsirləndirilən şəxslər dövlət sirrini yaymaqda ittiham olunublar. Qərar Ravalpindidəki Adiala həbsxanasında hər iki partiya liderinin iştirakı ilə şifahi şəkildə elan edilib.

Onlara qarşı əvvəllər oktyabrın sonunda sözügedən həbsxanada keçirilən qapalı məhkəmə prosesində ittiham irəli sürülüb. Ştatın Ali Məhkəməsi sabiq baş nazir və sabiq xarici işlər nazirinin həbsxana ərazisində məhkəmə prosesini qanunsuz elan edib. Lakin sonda ölkə hakimiyyəti “təhlükəsizliyə təhdidlər” səbəbindən dinləmələrin məhkəmə zalında keçirilməsinə icazə verməyib.

İttiham tərəfi iddia edir ki, Xan və onun köməkçiləri müəyyən məlumatların yer aldığı teleqramın məzmununu icazəsiz şəxslərə açıqlayıblar. Onların “qeyri-qanuni məqsədləri və şəxsi mənfəətləri üçün faktları təhrif etdikləri” bildirilir. Teleqramda vurğulanır ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı Pakistan baş nazirinin neytral mövqeyindən narazı olan ABŞ hakimiyyəti hökumətdən Xanın vəzifəsindən uzaqlaşdırılmasını istəyir və bunun müqabilində ölkə ilə “isti münasibətlər” quracağına söz verib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN