Rusiyanın Kupyansk istiqamətində “Qərb” qüvvələri qrupunun hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qruplarının hücumlarını dəf edərkən 140-dan çox yaraqlını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Düşmən 140-dan çox hərbi qulluqçusu, iki zirehli döyüş maşını və iki minik avtomobilini itirib”, - deyə Müdafiə Nazirliyi bildirir.

Dəqiqləşdirilir ki, Xarkov vilayətinin Sinkovka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 30, 32 və 44-cü mexanikləşdirilmiş briqadalarının üç hücumu dəf edilib.

Həmçinin yanvarın 30-da məlum olub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarını və Almaniyanın IRIS-T zenit-raket kompleksinin radiolokasiya stansiyasını vurub.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN