Suriyada Hələbin Tel-Rifat bölgəsinə işğalını davam etdirən separatçı terror təşkilatı PKK/YPG-nin Afrində Suriya Milli Ordusunun (SMO) cəbhəsinə soxulmaq cəhdinin qarşısı alınıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 Yerli təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, PKK/YPG terrorçuları işğal etdikləri Tel Rifatdan təhlükəsiz bölgələrdəki hərbi məntəqələrə soxulmağa cəhd ediblər.

Afrinin cənub-şərqində yerləşən Kimar və Aneb bölgələrindən SMO cəbhə xəttinə soxulmağa cəhd edən terrorçular keşik çəkən SMO üzvləri ilə toqquşub. Soxulma cəhdləri geri oturdularkən, qarşıdurmalarda itki verən PKK/YPG terrorçuları geri çəkilmək məcburiyyətində qalıb.

Terrorçular soxulmağa cəhd etdikləri ərazilərə qurudan-quruya silahlarla hücum edib.

Qeyd edək ki, terror təşkilatı PKK/YPG 2016-cı ildən işğal altında saxladığı Tel Rıfat və Mənbicdən SMO cəbhə xəttinə sızmağa cəhd edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN