Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin gerbi və himninin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

“Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişdirilməlidir, o, erməni olmalıdır, bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himnin ifa qaydalarına əməl etməlidir. Fikrimcə, biz gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik”, - Simonyan yazıb.

Dövlət rəmzinin təsvirinin köhnə variantından danışan siyasətçi qeyd edib ki, Ermənistan gerbdə təsvir olunduğu kimi, “gülər üz kimi görünən şir ola bilməz”. Bundan əlavə, o, gerbdəki “zəncirlə bağlanmış” qılıncı da tənqid edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, respublikanın hazırkı gerbinin 1991-ci ildə yaradılan dövlətə heç bir aidiyyatı yoxdur.

O bildirib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisi və indiki Ermənistan ərazisi su altında qalıb. Paşinyan gerbdə “uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan” aslan təsvir olunmasına da diqqət çəkib.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN