Həftənin sonuna qədər Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası haqqında fərman imzalayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən CNN məlumat yayıb.

İddialara görə, Zalujnı ötən bazar ertəsi Zelenskinin ofisində görüşə çağırılıb və bu görüşdə generala onun qarşıdan gələn işdən çıxarılması barədə məlumat verilib.

Hazırda Quru Qoşunlarının komandiri vəzifəsini icra edən Aleksandr Sırski mümkün varis kimi nəzərdən keçirilir.

Qeyd edək ki, hələlik rəsmi açıqlama verilməyib.

Zalujnının istefası ilə bağlı xəbərlər silahlı qüvvələr tərəfindən Xarkov vilayətində bir sıra yaşayış məntəqələrinin tərk edilməsindən sonra onun üzərinə düşən tənqidlər fonunda fəal şəkildə görünməyə başlayıb. Xüsusilə, bunu Radanın keçmiş deputatı Borislav Bereza və hazırkı parlamentari Aleksey Qonçarenko elan ediblər. Məlumatı ukraynalı jurnalist, “Censor.net” nəşrinin baş redaktoru Yuri Butusov təsdiqləyib.

“Zerkalo Nedeli” nəşri isə öz növbəsində Zalujnıya yaxın mənbələrə istinadən yazıb ki, Zelenski şəxsi görüş zamanı generalı istefa ərizəsini təqdim etməyə dəvət edib. Lakin iddia olunur ki, hansısa “əhəmiyyətli mövqe” məsələsi müzakirə olunmayıb.

Eyni zamanda, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Zalujnının istefası ilə bağlı xəbərləri təkzib edib.

Valeri Zalujnı 2021-ci ilin iyulundan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı postunu tutur.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN