Rusiyanın raket hücumları Ukrayna hava hücumundan müdafiə sisteminin tamamilə dağılmasına səbəb olub.

Tezadlar.az xəbər verir ki, bu barədə britaniyalı analitik Alexander Mercouris özünün YouTube kanalında bildirib.

Onun sözlərinə görə, Moskva Ukraynanın potensialını boğmaq üçün yüksək dəqiqlikli raketlərin və dronların kütləvi istehsalına başlayıb. Bundan əlavə, Rusiya strateji hədəflərə hücum etmək üçün istifadə edilə bilən böyük raket ehtiyatına malikdir.

"Onlardan istifadənin təsiri demək olar ki, dağılma mərhələsinə qədəm qoyan Ukraynanın hava hücumundan müdafiəsi üçün dağıdıcı olacaq", - Merkuris bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Yekaterinburqda hərbi sənaye kompleksinin müəssisələrində dövlət müdafiə sifarişinin yerinə yetirilməsini yoxlayıb. Nazir “Almaz Antey” konsernində dəniz bazalı “Kalibr” qanadlı raketlərinin və “İsgəndər” əməliyyat-taktiki kompleksinin qanadlı raketlərinin istehsalına baxış keçirib.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN