ABŞ Konqresi Hindistana 31 MQ-9B döyüş pilotsuz təyyarəsinin satışını təsdiqləyib.

Hindistanın “Hindustan Times” qəzeti fevralın 1-də xəbər verir ki, Dövlət Departamenti bu barədə General Atomics pilotsuz uçuş aparatlarının (PUA) istehsalçısına məlumat verib.

Nəşrin məlumatına görə, Konqresin rəsmi bildirişi 24 saat ərzində təqdim olunacaq.

“Vaşinqtondakı mənbələr bir gün ərzində Hindistana 31 silahlı MQ-9B pilotsuz uçan aparatının satışı ilə bağlı bildirişin veriləcəyini təsdiqləyiblər”, - məlumatda deyilir.

Nəşr həmçinin iddia edir ki, pilotsuz uçan aparat istehsalçısı artıq Hindistan hökumətinin yüksək vəzifəli şəxsini, o cümlədən “milli təhlükəsizlik qurumunu” da bu qərarla məlumatlandırıb.

Göndərilmək üçün təsdiqlənmiş partiyadan 15 pilotsuz təyyarə Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən qəbul ediləcək, ordu və hava qüvvələri isə hər biri 8 MQ-9B vahidi alacaq.

Xatırladaq ki, 2023-cü ilin iyununda Hindistan Müdafiə Nazirliyi ABŞ istehsalı olan 31 ədəd MQ-9B SeaGuardian döyüş PUA-sı almaq planlarını rəsmən təsdiqləyib. Hindistan mediası da bu dronların çoxfunksiyalı olduğundan Silahlı Qüvvələrin müxtəlif bölmələrinə gedəcəyini bildirib. Xüsusilə, qurğular dəniz kəşfiyyatı aparmaq, sualtı qayıqlarla mübarizə aparmaq, eləcə də müxtəlif yerüstü hədəflərə hücumlar həyata keçirmək və üfüqdə hədəflərin hədəflənməsini əlaqələndirmək qabiliyyətinə malikdir.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN