Dağıstanın Buynaksk şəhərindəki Mərkəzi Univermaqda 2 min kvadratmetr ərazini əhatə edən yanğın lokallaşdırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının Moskva vaxtı ilə saat 11:15-də lokallaşdırıldığı məlum olub.

"Yanğın saat 11:15-də 2000 kv.m sahədə lokallaşdırılıb", - məlumatda qeyd olunub.

Yanğının söndürülməsinə RSÇS-nin 86 əməkdaşı və 26 ədəd texnikası cəlb olunub.

Bundan əvvəl Dağıstanın Buynaksk şəhərində mərkəzi univermaqda yanğın baş verdiyi bildirilirdi. İlkin olaraq alov 500 kvadratmetr, daha sonra isə 1200 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsi üçün Buinaksk, Qızılyurt və yaxınlıqdakı kəndlərdən əlavə yanğın-xilasetmə dəstələri göndərilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN