Türkiyədəki bir sıra özəl banklar ABŞ-ın Ankaraya aqressiv təzyiqləri səbəbindən Rusiya şirkətlərinin hesablarını bağlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlərlə söhbətində o, Kremlin mövcud vəziyyətdən xəbərdar olduğunu və “qarşılıqlı məqbul həll yolları” axtardığını vurğulayıb.

“Biz türkiyəli tərəfdaşlarımız və həmkarlarımızla fəal dialoq vəziyyətindəyik, bu problemləri müzakirə edirik”, – Peskov qeyd edib.

Onun sözlərinə görə, bu problemlərin səbəbləri Vaşinqtonun ilk növbədə Ankara və türk şirkətlərinə etdiyi “tamamilə görünməmiş, ört-basdır edilməmiş və aqressiv təzyiqlərdən qaynaqlanır”. Eyni zamanda, tərəflər, Peskovun əlavə etdiyi kimi, başa düşürlər ki, baş verənlər Rusiya ilə Türkiyə arasında əməkdaşlığın və əlaqələrin inkişafına mane olmamalıdır.

Bundan əvvəl mətbuatda bəzi türk banklarının Rusiya şirkətlərinin hesablarını bağlamağa başladığı və Rusiya Federasiyasından olan fiziki şəxslərə qarşı tələbləri sərtləşdirdiyi barədə məlumatlar yayılmışdı. “RİA Novosti” xəbər verir ki, Türkiyədə bir sıra özəl bankların atdığı addımlar ABŞ-ın anti-Rusiya sanksiyaları fonunda təzyiqləri ilə bağlıdır.

“Ekonomim” qəzeti Türkiyənin Ticarət Nazirliyinin Rusiyadan ödənişlərlə bağlı problemi olan şirkətlərin siyahısını tərtib etdiyini qeyd edib. Belə ki, türk ixracatçılarının bankların malların ödənişi üçün Rusiya Federasiyasından köçürmələri qəbul etməmələri ilə üzləşdiyi qeyd edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN