Ukrayna Silahlı Qüvvələri tərəfindən Belqorod vilayətində vurulan Rusiyaya məxsus İl-76 təyyarəsinin bütün qalıqları qəza yerindən çıxarılaraq xüsusi poliqona çatdırılıb.

Tezadlar.az bildirir ki, bu barədə fövqəladə xidmətlər məlumat verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, istintaq qrupunun işi başa çatdıqdan sonra təyyarənin son fraqmentləri çıxarılıb.

Hazırda təyyarənin qalıqları xüsusi əraziyə daşınıb. Qəzanın baş verdiyi yer abadlaşdırılaraq rayon rəhbərliyinə təhvil verilib.

İl-76 yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub. Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, “Patriot” kompleksinin MİM-104A zenit raketindən istifadə edilib.

Təyyarənin göyərtəsində 65 ukraynalı hərbi əsir, Rusiya Silahlı Qüvvələrinin üç onu müşayiət edən zabiti və altı ekipaj üzvü olub. Hamısı ölüb.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN