Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn yeniyetmə Afiyəddin Cəlilovun atası Nihat Cəlilov oğlunun davranışılarına görə ictimaiyyətdən üzr istəyib.

O, bu barədə Baku TV-yə danışıb:

“Son zamanlarda olan bu hadisələr təbii ki, ailəmizi çox sarsıtdı. Oğlumun etdiyi hərəkətlər kiməsə mənəvi zərəri olubsa, hamıdan üzr istəyirəm. Bu hələ yeniyetmə uşaqdır, 13-14 yaşı var. Afiyyədin Bakıda tibb müəssisələrinin birində müalicəsini davam etdirir. Hər kəsə anlayışına görə təşəkkür edirəm”. 

Qeyd edək ki, Afiyəddin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən videolar çəkib TikTok-da paylaşır. O, avtobusda, metroda yerə uzanaraq videolar çəkib. Onun sonuncu videosunda yaşlı qadını qucağına alaraq onu narahat etməsi isə etirazlara səbəb olub. 

TEZADLAR.AZ xatırladır ki, 9-cu sinif şagirdi olan Afiyəddin Azərbaycanın dövlət və siyasi xadimi mərhum Afiyəddin Cəlilovun nəvəsidir.

Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.

Yeniyetmənin atası Nihat Cəlilov isə Bakıda tanınmış iş adamlarından sayılır. Afiyəddin TikTok-da "Jalilov" adlı profildə videolar yayımlayır, hansı ki, etdiyi hərəkətləri ilə ictimaiyyət arasında narazılığa səbəb olub.

https://ok.ru/video/8117364066923

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN