Türkiyə polisi İstanbul və İzmirin yeddi sakinini İsrail kəşfiyyat xidmətlərinə işləməkdə şübhəli bilinərək saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Müstəntiqlərin fikrincə, şübhəlilər aldıqları məlumatları şəxsi detektivlər vasitəsilə MOSSAD kəşfiyyat xidmətinə satıblar. Qeyd olunur ki, son bir ay ərzində Türkiyədə İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 34 nəfər saxlanılıb.

Polis və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) nümayəndələri saxlanılanların konkret şəxslər haqqında məlumat toplamaqda şübhəli bilindiyinə aydınlıq gətirib. Ehtimal edilir ki, onlar xüsusi cihazlar vasitəsilə hərəkətlərini izləyib, həmçinin fotoşəkillər və videolar çəkiblər. Müstəntiqlərin fikrincə, saxlanılan şəxslərin bəziləri İsrailin maraqları naminə xarici vətəndaşların oğurlanmasında da iştirak edə bilər. MOSSAD agentlərinin əsas hədəfi fələstinlilər olub.

Daha əvvəl xəbər verildiyi kimi, İsrail kəşfiyyat xidmətinin MOSSAD agentləri İbn Sina xəstəxanasında Fələstinin HƏMAS qruplaşmasının üç üzvünü məhv edib. Onlar müəssisənin həkimləri və xəstələri kimi geyiniblər. Qeyd olunur ki, əməliyyatçılardan biri əlil arabasından istifadə edib. Xüsusi əməliyyat 10 dəqiqədən çox çəkməyib.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN