İsrail və Rusiya regionda və onun hüdudlarından kənarda bir sıra məsələlərdə fikir ayrılığına malikdirlər, lakin HƏMAS-ın saxladığı girovların azad edilməsi məsələsində deyil.

Tezadlar.az xəbər verir ki, bunu İsrailin Moskvadakı səfiri Simone Halperin Rusiya vətəndaşlığı olan israilli qadınların Qəzza zolağından azad edilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

"İsrail və Rusiya Federasiyası arasında müəyyən fikir ayrılıqları olan bir çox məsələlər var. Biz regionumuzda, indiki vəziyyətdə hər şeydə razılaşmırıq. Amma bir məsələ, bir missiya var ki, heç bir fikir ayrılığı yoxdur. Rusiya və İsrailin bir məqsədi var - bütün girovları azad etmək", - o bildirib.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN